Nikol Paşinyan Baş nazir postuna təsdiqləndi

Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın Baş nazir təyin edilməsi barədə fərmana qol çəkib

Source: Иллюстрация Мейдан ТВ

Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın Baş nazir təyin edilməsi barədə fərmana qol çəkib.

Prezidentin fərmanı Konstitusiyanın tələbi ilə diktə olunub. Həmin tələbə görə, Baş nazir parlament çoxluğundan təyin olunur.

Daha əvvəl parlament çoxluğu Ermənistanın baş naziri vəzifəsinə Paşinyanın namizədliyini irəli sürüb. Konstitusiyaya görə, ölkə prezidenti yeni seçilmiş Milli Məclisin səlahiyyətləri qüvvəyə mindikdən dərhal sonra parlament çoxluğunun təqdim etdiyi namizədi baş nazir təyin edir.

İyunun 20-si keçirilmiş seçkilərdə Vətəndaş Müqaviləsi Partiyası qələbə çalıb. Partiyanın rəhbəri baş nazir vəzifəsini icra edən Nikol Paşinyandır.

Qanuna görə, Nazirlər Kabineti baş nazir təyin edildikdən sonra on beş gün ərzində formalaşır. Bundan sonra hökumət başçısı 20 gün ərzində Milli Məclisə Nazirlər Kabinetinin proqramını təqdim etməlidir.

Ana səhifəXəbərlərNikol Paşinyan Baş nazir postuna təsdiqləndi