Tofiq Yaqublu

Source: Foto: Meydan TV

Caption: Tofiq Yaqublu

Nigar Həzi: Tofiq Yaqubluya paltar, zəruri gigiyenik vasitələr verilmir

Müxalifətçi ailəsi ilə danışıb

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun həbsdə olduğu dörd gün ərzində onun üçün aparılan paltarların, gigiyenik vasitələrin heç birini qəbul etməyiblər. Bu barədə Meydan TV-yə T.Yaqublunun qızı Nigar Yaqublu məlumat verib.

N.Yaqublu bildirib ki, atası 3 saylı İstintaq Təcridxanasına (Şüvəlan) köçürülüb. Martın 25-də təcridxanaya gedib, zəruri olan paltarları, əşyaları aparsalar da, götürməyiblər. T.Yaqublunun karantində olduğu bildirilib.

Martın 22-dən həbsdə olan T.Yaqublu ailəsilə əlaqə saxlamamışdı. Bununla əlaqədar onun ailə üzvləri martın 25-də Ombudsman Aparatına müraciət edib. Axşam saat 18 radələrində T.Yaqublu ailə üzvlərilə əlaqə saxlayıb.

“Dedi ki, Süvəlana gələndən yalnız maska veriblər. Heç bir gigiyenik vasitələr - sabun, diş məcunu, diş fırçası, eləcə də dəyişəcək paltar, zəruzi şeylər verilməyib. Bizim də apardığımız paltarları götürmədilər. İndi siz o təcridxananın necə “gigiyenik” olduğunu təsəvvür edin. Virusun bu dərəcədə artdığı dövrdə onun həyatı üçün necə narahat olmayaq?”, - deyə N.Həzi vurğulayıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə bildirib ki, təcridxanada, cəzaçəkmə müəssisələrində saxlanılan bütün şəxslər zəruri geyim və gigiyenik vasitələrlə təmin olunurlar.

Tofiq Yaqublu martın 22-də həbs olunub. Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı döyüb, xəsarət yetirib.

T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl “Facebook” hesabında yazmışdı: “Dostlar, ciddi təxribatla üzləşmişəm. “8-ci kilometr bazarı”nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır...”

T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.

Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/py16po

Most Viewed