Source: Meydan.TV

Nifrət nitqi: Prezidentdən müxalifətə kimi

Article was updated on :  11 September 2019

Nifrət nitqi: Prezidentdən müxalifətə kimi

Cinsiyyət, əqidə, baxış, düşüncə ayrılığı bir qrupa və ya şəxsə qarşı ayrıseçkilik, düşmənçilik yayan aşağılayıcı ifadə formasında təzahür edərsə, bu, nifrət nitqidir.

Elə ən yuxarıdan başlayaq.

Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Onların, necə deyərlər kitabı çoxdan bağlanıb”, - prezident İlham Əliyev deyir.

İlham Əliyevin nitqində "onlar" deyə adlandırdığı müxalifət nümayəndələridir. Ölkə başçısı ənənəvi müxalifəti bu və digər çıxışlarında aşağılayıcı ifadələrlə təqdim edir.

Demokratik Təşəbbüslər İnistitunun siyasilərin ifadələrindəki nifrət nitqləri ilə bağlı 2018-ci ildə hazırladığı hesabata görə, təkcə iqtidar yox, onun opponentləri də nifrət dilində danışırlar.

“Belə baxanda, iqtidar mənsubları sanki öz çıxışlarında çox ütülü danışırlar. Əl altında olan mediaları vasitəsiylə öz opponentlərinə qarşı nifrət nitqi yayırlar. Müxalif kəsimində olan şəxslərin də belə bir imkanları olmadığına görə, eyni tərzdə cavab veriblər. Yəni, siyasi olaraq opponent kimi görünsələr də, amma istifadə etdikləri üslub və tərzlər, təəssüflər olsun ki, bir çox hallarda oxşayır”, - Akif Qurbanov söyləyir.

20 ildən çoxdur sülh quruculuğu ilə məşğul olan Arzu Abdullayeva Ermənistan-Azərbaycan münaqişəsinin başlaması ilə cəmiyyətdə mili zəmində nifrət nitqinin yayıldığını deyir.

“Düşmən obrazı yaratmamısansa, münaqişəni heç vaxt yaratmaq mümkün olmaz. Düşmən obrazı yaratmaq üçün mütləq o propaqanda olmalıdır, o nifrət yaranmalıdır. Düşmən obrazı yaranandan sonra artıq bu nifrəti saxlamaq mümkün deyil. Əslində mümkün olar, ancaq bu dalğa kimi gəlir. Yəni artıq əsas süni deyil, bu artıq ictimaiyyətdə yaranmış rəydir”, - Arzu Abdullayevanın fikirləridir.

Biz və onlar. Psixoloq Samirə Hüseynova deyir ki, insanlar bunu düşünmədən edir. Bizi digərindən ayıran milli, cinsi irqi fərqlərə görə, insanları qruplara bölüb, onları kateqoriyalaşdırırıq.

Psixoloq hesab edir ki, cəmiyyətdə bəzi nifrət nitqləri legitimlik qazandığından asanlıqla istifadə olunur.

Sosial şəbəkələr və yerli media da milli, cinsi ayrıseçkilik, siyasi görüş ayrılığı ilə bağlı nifrət nitqlərinə qucaq açır.

Media eksperti Qulu Məhərrəmli mübarizə yollarını peşəkar yanaşmada görür.

“Bizdə belə bir təsəvvür var ki, kimin ağzından nə çıxırsa, dərhal onu verməlisən. Elə deyil”, - media eksperti Qulu Məhərrəmlinin sözləridir.

Media demişkən, jurnalist Mirşahin Ağayev verilişlərində tez-tez aşağılayıcı ifadələr işlədir.

“Başqa dildən bir material tərcümə edəndə sözləri yox, fikri əsas götürürük. Yəni bütün hallarda bunun cəzalandırılmasını istəyirik. Amma bunu detallı şəkildə yazmaq ki, baş kəsilsin, döyülsün ya saçı kəsilsin və s. Təəssüf ki, bunların hamısı insanların şüurunu, ictimai əxlaqını zədələyir. Ona görə bu nitqdən istifadə edən media, əslində özü buna qarşı olmalıdır. Axı, media dəbdir. Təkcə düşüncə dəbi deyil, eyni zamanda danışıq dəbidir”, - Qulu Məhərrəmli deyir.

Bəs nifrət nitqi qanunvericiliklə necə tənzimlənir? Bir şəxsə və ya qrupa qarşı nifrət dilində danışan adamları cəza gözləyirmi?

Hüquqşünas Səməd Rəhimli bildirir ki, içində zorakılığa çağırış olmayan nifrət nitqlərinin qadağan olunması ifadə azadlığına toxunur. Azərbaycanda Cinayət Məcəlləsinin 283 maddəsində göstərilir ki, milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitəsilə törədildikdəiki min manatadək cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması, mütəşəkkil dəstə tərəfindən törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Səməd Rəhimli deyir ki, Azərbaycan hökuməti bu qanundan siyasi fəallara qarşı istifadə edir.

“Bu adətən sui-istifadələrə yol açır. Bunun ən məşhur nümunəsi Fuad Qəhrəmanlıya qarşı açılan cinayət işi idi. Onun sosial şəbəkədə hökuməti tənqid məqsədilə yazdığı, Nardaran əməliyyatının keçirilməsinə dair tənqidləri prokurorluq tərəfindən nifrət nitqi kimi qiymətləndirildi. Cinayət Məcəlləsinin 283-cü maddəsilə barəsində cinayət işi açıldı. Həmin məsələylə bağlı o cəzalandırıldı. Lakin biz Fuad Qəhramanlının çıxışlarına baxdıqda, bunların legitim bir tənqid olduğunu görürük. O baxımdan CM-nin 283-cü maddəsi daxil olmaqla, beynəlxalq müqavilələrlə nifrət nitqlərinin tənzimlənməsi bir az problematik sahədir”, - Səməd Rəhimli düşünür.

Beynəlxalq təcrübəyə gəldikdə isə Səməd Rəhimli deyir ki, Avropa İnsan Haqları Məhkəməsi bir çox halda nifrət nitqinə görə şəxslərin cərimə kimi qeyri-həbslə cəzalanmasını məqbul hesab edir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  11 September 2019
Featured in:  
Shortlink:   http://mtv.re/5kcyma

Most Viewed