Vəkil Nemət Kərimli

Source: Facebook

Caption: Vəkil Nemət Kərimli

Nemət Kərimli: Məni həbsxanada 45-50 dəqiqə girov saxladılar

Hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli müvəkkilinin saxlanıldığı 16 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlə üzləşdiyini deyir. Bu barədə öz “Facebook” hesabında yazan vəkilin sözlərinə görə, sentyabrın 20-də Əfqan Muxtarıl ilə görüşə gedib. Təxminən 45 dəqiqə gözlədikdən sonra onu içəri buraxıblar və üzərində axtarış aparmaq istəyiblər:

“Əvvəl razılaşmasam da, gərginlik yaratmamaq üçün icazə verdim, qanunsuz olaraq ayaqqabımın içini, corablara qədər axtarış etdilər. Görüşdən çıxarkən yenidən üzərimdə axtarış aparmaq istədilər. Qərar tələb etdim, dedilər, axtaracağıq. Kimisə çağırdılar, özünü rəis müavini kimi təqdim edən Emin adlı şəxs gəldi. Yenidən qərar tələb etdim, “hamını axtarırıq, icazəmiz var” dedi, söhbətdən sonra baxış keçirtməyə icazə verdim”.

Vəkilin sözlərinə görə, yoxlayıcılar qeydləri oxumaq istədikdə icazə verməyib. Bundan sonra özünü rəis müavini kimi təqdim edən şəxsin təzyiqinə məruz qalıb:

“Yenidən Emin müdaxilə etdi və dedi ki, rəis səni çağırır, qəbuluna gedək. Mən imtina etdim, o, yəni Emin zorla köynəyimin yaxasından dartdı, divara tərəf möhkəm itələdi, “sən kimsən?, bura müəssisədir, sənə göstərərəm, kimə istəsən şikayət et, qəsdən skandal yaradırsan” deyib, qışqıra-qışqıra zorla rəisin yanına aparmaq istədi. İmtina etdim, əlimdəki çantanı zorla əlimdən aldı, içərisindəkiləri stolun üstünə tökdü, 2 vərəq başqa məhkəmə prosesindən olan və digər şəxsi qeydlərimi götürüb oxudu. Sonra rəisə mərüzə etdi və sənədləri onun yanına apardı. Məni təxminən 45-50 dəqiqə otaqların birində girov saxladılar. Sonradan sənədlərimi verib, yola saldılar”.

Demokratik dövlətdə belə halın baş vermədiyini, olarsa həmin şəxslərin cəzalandırıldığını diqqətə çatdıran vəkil sentyabrın 23-də bu barədə rəsmi şikayət edəcəyini vurğulayıb.

Meydan TV məsələyə Penitensiar Xidmətdən münasibət öyrənə bilməyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/8qzqgk

Most Viewed