Neftçala sakini: “Acılığından suya yaxın getmək olmur”

Neftçala sakini: “Acılığından suya yaxın getmək olmur”

Artıq ikinci ildir ki, Kürün suyunun azalması və bunun nəticəsində Xəzər dənizinin çaya axıb onu şorlaşdırması çayətrafı rayonlarda və kəndlərdə içməli su problemi yaradıb. Neftçala və rayonun bir neçə kəndi həmin yerlərdən biridir. Rayonun Bankə qəsəbəsinin əhalisi insanların da, heyvanların da bu sudan istifadə edə bilmədiyini deyir.

Mütəxəssislər hesab edirlər ki, normalda Kür çayının illik axını 15-17 kubkilometrdir, indi isə bu rəqəm 6-7 kubkilometrə qədər azalıb.

Azərbaycanın su resursu 32 milyard kubmetrdir, bunun 70 faizi qonşu ölkələrdən gələn Kür və Araz çaylarının hesabına, 30 faizi isə ölkə daxilində formalaşır.

Türkiyə ilə Sovet İttifaqı arasında 1927-ci ildə imzalanan sazişə görə, Kür beynəlxalq çaydır və Gürcüstan ilə Azərbaycanın sərvəti hesab olunur.

Azərbaycanın adı quraqlıq təhlükəsiylə qarşılaşacaq 33 ölkədən ibarət siyahıda 18-ci yerdə dayanır.

Ana səhifəVideoNeftçala sakini: “Acılığından suya yaxın getmək olmur”