Source: Meydan TV

Neft-qaz ölkəsinin qaza həsrət kəndliləri

Masallının Əzizabad və Məmmədrza kənd sakinləri evlərinə gedərkən yollarda onların həyatını çətinləşdirən bu görüntü ilə hər gün rastlaşırlar. Yolun solunda yerləşən kəndin qaz xəttini izləyə-izləyə yaşadıqları soyuq evlərinə gedib çıxırlar. Belə ki, Masallının Qodman kəndində qaz var, amma bu kəndə qonşu olan Əzizabad və Məmmədrza kəndlərinə heç qaz xətti də çəkilməyib. Yolun solunda qaz var, sağında isə yoxdur. Ana xətt də kəndə yaxın yerləşir.

Kənd sakinləri deyir ki, rayon icra hakimiyyətinə müraciət etmələrinə baxmayaraq heç bir müsbət nəticə əldə olunmayıb.

Təbii qazın olmaması yerli sakinlərin işini artırır. Deyirlər ki, bir az imkanı çox olan qaz balonlarından istifadə edir.

Həm qaz balonu, həm də odun sobasından sitifadə edən kənd sakini Cahid İsmayılov bu durumun hələ nə qədər davam edəcəyini bilmir.

Kəndlilər odunun kubunu 20 manata aldıqlarını deyirlər. Bəzi kəndlilər üçün bu xərcləri çəkmək heç də asan olmur. Əzizabad və Məmmədrza kəndlərində qazın olmaması sadəcə qış aylarında deyil, bütün ilboyu insanların yaşamı üçün çətinlik yaradır.

Sakinlər deyir ki, bu iki kənddə ilin hər fəslində həyətdə ocaq tüstülədib, yemək hazırlayan insanları tez-tez görə bilərsiniz.

Kənd sakinlərinin sözlərinə görə, Əzizabad və Məmədrzaya qaz çəkmək üçün çox əziyyət çəkmək lazım deyil. Çünki kəndlərə gedən əsas qaz xətti qonşu Qodman kəndinin yolunun üstündən keçir. Beləcə, kəndlərə qaz xətti çəkmək üçün mimimum xərc və işçi qüvvəsinin lazım olduğunu bildirirlər.

Masallı Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bütün kəndlərin qazlaşdırılması nəzərdə tutulur və plana uyğun olaraq həyata keçiriləcək.

Neft-qaz ölkəsinin qaza həsrət kəndliləri

Source: Meydan.TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ed570z

Most Viewed