Source: Mədəniyyət Nazirliyi

Nazirlik yeni layihəyə başlayacağını açıqladı

Teatr menecmenti və prodüserlik fəaliyyəti ilə bağlı peşəkarlar yetişdiriləcək

Mədəniyyət Nazirliyi “Gənc teatr prodüserləri üçün laboratoriya” adlı layihəyə başlayır.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, Rusiya Dövlət Teatr Sənəti İnstitutu ilə birlikdə Azərbaycanda teatr menecmentinin və prodüserlik strukturunun inkişafı və idarəetməsi sahəsində kadr yetişdiriləcək.

Məqsəd bu sahədə peşəkarların artırılmasıdır.

Layihə oktyabrın 3-dən 9-dək Yarat Müasir İncəsənət Məkanında təşkil olunacaq.

Təlimlərdə Elena Simurzina, Aleksandra Knyazeva, Elşən Məmmədov müasir teatr menecmenti və prodüserlik fəaliyyəti ilə bağlı bilik və bacarıqlarını bölüşəcəklər.

Menecment və prodüserlik sahəsinə maraq göstərən gənclərə laboratoriyada ödənişsiz iştirak etmək imkanı yaradılır.

Teatrşünas Vidadi Qafarov Meydan TV-yə açıqlamasında bildirib ki, Azərbaycanda teatr menecmentinin yaradılması, inkişafı çox vacibdir: “Dünya kino və teatr sənayesi menecmentlə işləyir. Təəssüf ki, Azərbaycanda belə institutlar olmayıb. Yeri gəlmişkən, artıq bu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Teatr menecmenti ixtisası fəaliyyətə başlayıb. Universitet teatr menecmenti fakültəsi üzrə magistr səviyyəsində tələbələr yetişdirəcək”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/9lkfn7

Most Viewed