Source: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Nazirlik: Gürcüstanla Azərbaycan quru sərhədlərin açılmasını müzakirə edib

Səyahət blogeri: “Təyyarə ilə gediş-gəliş hər kəsin cibinə uyğun deyil”

Gürcüstanla Azərbaycan arasında ictimai nəqliyyatla gediş-gəlişin bərpası müzakirə edilib.

Məlumatı Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yayıb.

Bildirilir ki, Tbilisidə keçirilən Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası zamanı iki ölkə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişindaşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişaf perspektivləri və digər məsələlər müzakirə edilib.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktor əvəzi Nikolaz Qvenetadze əhalinin tələbatını nəzərə alaraq “COVID-19” pandemiyası şəraitində hər iki dövlətin səlahiyyətli orqanlarının müəyyən etdiyi qaydalara riayət etməklə müntəzəm sərnişindaşıma marşrutlarının bərpa edilməsini təklif edib.

Bu məqsədlə aidiyyəti strukturlara müraciət edilməsinin zəruriliyi məqsədəuyğun hesab edilib.

Daşımaların inkişaf perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılaraq nəticədə müvafiq Protokol imzalanıb.

Səyahət blogeri Azər İsmayıl deyir ki, hazırda Azərbaycandan Gürcüstana yalnız təyyarə ilə getmək mümkündür, təbii, qiymətlər hamının cibinə uyğun deyil: ““Buta Airways” həftədə 14 dəfə Bakıdan Tbilisiyə birbaşa reys edir. Hər reysdə maksimum 106 nəfər uça bilər. 106 nəfər iki böyük “Mercedes Travego” markalı sərnişin avtobusununun tutumudur. Təyyarədə olduğu kimi iri sərnişin avtobuslarında da pəncərə açılmır və havalandırma sistemi fəaliyyət göstərir. Yeganə fərq odur ki, təyyarələrdə HEPA filteri var. Hər səfərdən öncə avtobuslar dezinfeksiya olunsa, sərnişinlər salonda maska ilə əyləşsə, bu səfərlərin təhlükəsizlik dərəcəsi təyyarə ilə eyni olar”.

Azər İsmayıl bildirir ki, şəxsi avtomobillə səfərlər də ən qısa zamanda bərpa olunmalıdır, çünki bu səfərlər kütləvi təhlükə yaratmır:

“Onsuz da həm Gürcüstana, həm də Azərbaycana gedənlər PCR test verməlidirlər”.

2020-ci il martın 14-də Gürcüstan-Azərbaycan quru sərhədi bağlanıb. Həmin gün Azərbaycanın Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri Giorgi Qaxariya arasında telefon danışığı olmuşdu.

Pandemiyaya görə hər iki ölkə vətəndaşlarının sağlamlığının qorunması üçün sərhəd müvəqqəti qapadılmışdı.

2021-ci il iyunun 1-dən isə Gürcüstan bütün quru sərhədlərinin açılmasına qərar verib.

Azərbaycan tərəfi bu qərara müsbət cavab vermədiyindən hələlik qarşılıqlı gediş-gəliş bərpa edilməyib.

2020-ci ilin martından Azərbaycanda koronavirus pandemiyası ilə bağlı karantin rejimidir. Yoluxma sayından asılı olaraq bu rejim müəyyən vaxtlar sərtləşdirilib və ya yumşaldılıb.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya isə bu il yanvarın 18-dən başlanıb. Əsasən Çinin "Sinovac" şirkətinin vaksinindən istifadə edildiyi açıqlanıb.

İndiyə kimi ölkədə birinci mərhələdə 4,5 milyon, hər iki mərhələdə isə 1,9 milyon şəxsin peyvənd edildiyi açıqlanıb.

Koronavirus 2019-cu ilin sonlarında Çində aşkarlanıb və dünyaya yayılmağa başlayıb.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/evhza1

Most Viewed