Ceyhun Bayramov

Source: arxiv

Caption: Ceyhun Bayramov

Nazirlərin Cenevrə görüşünün vaxtı dəyişdi

XİN rəhbərlərinin oktyabrın 30-da görüşəcəyi gözlənilir

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Cenevrədə oktyabrın 29-na olan görüşü təxirə salınıb.

Görüşün sabah keçiriləyi gözlənilir.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Meydan TV-yə danışıb.

Leyla Abdullayeva bildirib ki, görüşün oktyabrın 30-da baş tutmasının təsdiqi üçün həmsədrlərdən cavab gözlənililir.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında atəşkəs pozulub.

Son bir ayda Moskva, Paris və Vaşinqtonun təşəbbüsüylə atəşkəs razılaşması olsa da, Ermənistan silahlı qüvvələri iki dəfə Gəncəni, 27-28 oktyabr tarixlərində isə Bərdə şəhərini raket atəşinə tutublar. Nəticədə 50-dən çox dinc sakin həlak olub.

30 gündür ki, davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını və Hadrut qəsəbəsini azad edib.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ (1991-ci ildə Azərbaycan Milli Məclisi muxtar vilayəti ləğv edib.

Azərbaycan BMT-yə üzv olduqda artıq bu status yox idi - red) ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib.

Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/qpvagt

Most Viewed