Source: google

Navalnı: Putinə geri dönməmək hədiyyəsini vermərəm

Müxalifətçi zəhərlənməsinin arxasında Putinin durduğunu deyib

Kremlin tənqidçisi Aleksey Navalnı Almaniya jurnalına verdiyi açıqlamada zəhərlənməsinin arxasında Rusiya Prezidenti Vladimir Putinin dayandığını deyib.

“Reuters” xəbər verir ki, o, Putindən qorxmadığını və tezliklə kampaniyasını davam etdirmək üçün Rusiyaya dönəcəyini qeyd edib.

Avqust ayında Rusiyadaxili təyyarədə halı pisləşən Navalnı Rusiyadan Berlinə gətirilib. Almaniya sentyabr ayında siyasətçinin “Noviçok” sinir maddəsi ilə zəhərləndiyini açıqlayıb.

“İnanıram ki, cinayətin arxasında Putin var və baş verənlərin başqa versiyası yoxdur”,- Navalnı “Der Spiegel”-ə verdiyi açıqlamada deyib.

Qərb Kremldən hadisə ilə bağlı izahat tələb edir.

“Heç bir ağrı hiss etmirsiniz, ancaq öldüyünüzü bilirsiniz”,- Navalnı ölümcül sinir maddəsinin ona təsir etməyə başladığı andan bəhs edərkən deyib.

“Charite” xəstəxanasında müalicəsini davam etdirən müxalif siyasətçi səhhətinin davamlı müalicə sayəsində tədricən düzəldiyini qeyd edib.

Jurnalın ofisinə gələrkən Navalnını mühafizəçilər müşayiət edib və soyuducudan hansı şüşə suyu içməli olduğuna dair onların seçim etməli olduqlarını israr ediblər. Siyasətçinin müttəfiqləri “Noviçok”un izlərinin uçuş başlamazdan əvvəl otel otağında Navalnının içdiyi bir şüşə su üzərində tapıldığını qeyd ediblər.

Navalnı “Der Spiegel”-ə Rusiyaya dönəcəyini deyib: “İndi vəzifəm qorxmaz qalmaqdır. Və qorxum yoxdur! Əllərim titrəyirsə, bu, qorxudan deyil, zəhərdəndir. Putinə geri dönməmək hədiyyəsini vermərəm”.

Hal-hazırda həyat yoldaşı ilə Berlində kirayədə yaşayan siyasətçi onlayn həyatına yalnız Rusiyaya qayıtdıqdan sonra dönəcəyini deyib.

“Sürgündəki müxalifət lideri olmaq istəmirəm”,- o vurğulayıb.

Kansler Angela Merkel tərəfindən xəstəxana yatağında ziyarət edilən siyasətçi Almaniyaya xüsusi bir bağ hiss etdiyini və Merkelin Rusiyanı dərindən bilməsindən təsirləndiyini deyib.

“Mənim təəssüratım belədir ki, Merkelin məndən məsləhət almasına ehtiyac yoxdur”, -o deyib.

“Ancaq Rusiya həyata keçirdiyi strategiyalarla Putinin çatdığı dəlilik dərəcəsini nəzərə almalıdır”,-deyən Navalnı, “Putinin Berlin ilə qarşıdurmaya risk etməyəcəyi” zamanların keçmişdə qaldığını vurğulayıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/0wfgta

Most Viewed