Şəfəq Ağacan

Source: google.az

Caption: Şəfəq Ağacan

Narkotik satmaqda şübhəli bilinən Baş redaktor saxlanılıb

Polis saxlanılan qadının marixuana satmağa cəhd göstərdiyini bildirib

Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları mayın 1-də “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacanı saxlayıblar.

“Ona” saytının məlumatına görə, Şəfəq Ağacan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir.

“Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb. Araşdırmalar zamanı saxlanılan qadının (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib”, - məlumatda deyilir.

Bundan əvvəl Səfəq Ağacan rəhbərlik etdiyi sayt vasitəsilə narkotik və psixotrop tərkibli dərmanların apteklərdə satışına qarşı mübarizə apardığını bildirirdi.

2017-ci il noyabrın 14-də o saytın “Youtube” kanalı vasitəsilə müraciət yayaraq bununla bağlı tədbir keçirdiyini, aidiyyatı dövlət orqanlarını və mətbuatı ora dəvət etdiyini, lakin heç kimin bu tədbirə gəlmədiyini bəyan edib.

Şəfəq Ağacan müraciətində deyib ki, rəhbərlik etdiyi agentliyin əməkdaşları apteklərdə bununla bağlı reydlər aparırlar və qaldırdıqları suallar aidiyyatı olan orqanlar tərəfindən cavabsız qalıb.

2016-cı ildə isə Şəfəq Ağacan mətbuatda intihara cəhd edən jurnalist kimi tanınıb.

Belə ki, o, Nicat adlı şəxs tərəfindən şantaj edildiyi üçün çoxlu sayda dərman preparatı qəbul etdiyini bildirib. Məlumata görə, onu dərhal xəstəxanaya yerləşdiriblər və həkimlər onun həyatını xilas ediblər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/z5agv6

Most Viewed