“Namus”qadına qarşı

İnquşetiyada yeni “namus qətli”baş verib – qardaşı gənc qadının əxlaqsız əlaqədə olmasından şübhələnərək onu öldürüb. Faciəyə operativ məlumatın sızması səbəb olub – kimsə hüquq-mühafizə orqanları əməkdaşlarının çəkdiyi videonu sosial şəbəkəyə yerləşdirib. Həmin şəxsi cinayət məsuliyyətinə cəlb etsələr belə, bu, səhlənkarlığa görə olacaq.

Source: meydan.tv

İnquşetiyada operativ videoçəkilişdə kadra düşən qadını qətlə yetiriblər

İnquşetiyada yeni “namus qətli”baş verib – qardaşı gənc qadının əxlaqsız əlaqədə olmasından şübhələnərək onu öldürüb. Faciəyə operativ məlumatın sızması səbəb olub – kimsə hüquq-mühafizə orqanları əməkdaşlarının çəkdiyi videonu sosial şəbəkəyə yerləşdirib. Həmin şəxsi cinayət məsuliyyətinə cəlb etsələr belə, bu, səhlənkarlığa görə olacaq.




“Каvkazski uzel”





in materialları əsasında

İnquş hüquq-mühafizə orqanlarının əməkdaşları fəlakətə səbəb olan videonu respublika sakini İsa Altemirovu saxlamağa cəhd edərkən

çəkiblər

. O, şantajçı qrupuna daxil olmaqda şübhəli bilinir. Bu adamlar qadınları intimə cəlb edərək onların videolarını çəkir, sonra ifşa hədə-qorxusu ilə pul istəyirdilər. Yerli media söhbətin ərli qadınlardan getdiyini qeyd edir.

Qaçmağa cəhd edən Altemirov beşinci mərtəbədən tullanıb və həlak olub. Qrupu yaxalama cəhdi fevralın 7-si gerçəkləşib. Videoçəkilişlə müşayiət olunan basqın zamanı evdə 23 və 33 yaşlı iki qadın olub, onlardan biri kadra düşüb. Ertəsi gün, fevralın 8-də video 31 mindən çox abunəçisi olan“İnquşetiya FH” ”İnstagram” hesaba yüklənib, sonra digər kanallara da yayılıb. Qadını rahatlıqla tanımaq olardı. O, videoçəkilişi aparanın tələbinə cavab olaraq hətta adını və doğum tarixini də deyib.

Sosial şəbəkə istifadəçiləri namus üstündə qətldə güc qurumları əməkdaşlarını günhankar görürlər

Qadını elə həmin gün qardaşı öldürüb. “Kavkaz.Realii” layihəsi

xəbər verir ki

, bacısını bıçaqlayan kişi dərhal polisə gedərək təslim olub.

“Kavkazski uzel”in danışdırdığı hüquqşünaslar hesab edirlər ki, inquş güc strukturlarının hərəkətini səhlənkarlıq kimi qiymətləndirmək olar. Vəkil İqor Trunov deyir ki, əgər söhbət cinayət işinin materialları çərçivəsində məxfi bilgilərin sızmasından gedirsə, buna görə cinayət məsuliyyətinə cəlb edə bilərlər:“Bu olayda açıq-aydın görünür ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ağır nəticələrə – qadının qətlinə gətirib çıxaran səhlənkarlığa yol veriblər”.

Söhbət Rusiyanın şəxsi məlumatlar haqda qanunundan gedir. “Rəsmi olaraq videoda adamın üzü görünür, odur ki, şəxsi məlumatlar haqda qanunu tətbiq etmək olar, lakin hüquq-mühafizə orqanlarının əməkdaşlarını buna görə dəqiq cəzalandırmayacaqlar, bununla bağlı heç bir misal gətirə bilmərəm. Üstəlik kim şikayət edəcək ki? Təkcə qadın şikayət edə bilərdi, onu da qətlə yetiriblər”, – KİV-in Hüquqlarını Müdafiə Mərkəzinin direktoru Qalina Arapova“Kavkazski uzel”in müxbirinə deyib.

“Kavkazski uzel” həmçinin sosial şəbəkə istifadəçilərinin fikirlərini misal gətirir. İstifadəçilərin çoxu hadisə ilə bağlı təəssüf etdiklərini bildiriblər, amma bu duyğu heyf ki heç də həmişə qurbanla bağlı olmayıb.

“Qardaş, əlbəttə, əsl kişi kimi hərəkət edib, amma heç düşünmürsünüz ki, o, bu yükü ömrü boyu çəkməli olacaq? Allah heç kimə belə müsibət göstərməsin”, – yandiyeva­_tatka deyib.

Bəziləri problemi təkcə qadının “əxlaqsız” hərəkətində görürlər: “Bu vəziyyətdə ən dəhşətlisi həmin əclafların ərli qadınları (onlar şeytana qulluq edirlər) yoldan çıxarması və onları videoya çəkməsi deyil. Və hətta qardaşın bacını da öldürməsi deyil. Baş vermiş hadisədə ən dəhşətlisi ərli qadınların yoldan çıxmasıdır. Onlar necə əxlaqsız olmalıdırlar ki, bu yola getməlidirlər. Axı onlar öz ərlərinin, qardaşlarının, atalarının, bütün teyplərinin namuslarını tapdalayıb keçiblər”, – istifadəçi ilyas­_murtazov yazıb.

Qadını “namus” üstündə öldürmək, – onları “namus qətlləri” də adlandırırlar, – qadına münasibətdə zorakılığın ən qəddar formasıdır.

“Hüquq təşəbbüsü” layihəsinin məlumatlarına görə, 5 il ərzində, 2012-ci ildən 2017-ci ilədək Rusiyanın Şimali Qafqaz respublikalarında 36 qadın qətlə yetirilib. Məhkəməyədək təkcə 14 iş gedib çıxıb, bir şəxs bəraət qazanıb. Hüquq müdafiəçiləri hesab edirlər ki, qadın qətllərinin real statistikası qat-qat dəhşətlidir – məlumatlara görə, qurbanlarının çoxunun qohumları baş verənləri ört-basdır edir. İctimaiyyətin böyük hissəsi isə bu cür qətllərə anlayışla yanaşır və baş verənlərdə qurbanı günahlandırmağa meyllidir.

Qafqazda 36 qadını necə öldürdülər

Ailə “namusu”nu təmizləmək məqsədi ilə törədilmiş qətllər dünyanın bir çox yerində cəzasız qalır. Beynəlxalq təşkilatlar bu təcrübənin maksimal yayıldığı ölkələr arasında İran, Pakistan və Fələstinin adını çəkir. Bu mənbələrdə Rusiya göstərilmir. Rusiyada qadınlara qarşı bu cür cinayətlərin ilk tədqiqatın müəllifləri

hesab edir ki

, Rusiyada baş vermiş “namus qətlləri”haqda məlumatların geniş yayılmamasının və beynəlxalq rezonans doğurmamasının səbəbi informasiya qıtlığı və yerli cəmiyyətlərin problemə tabu qoymasıdır.

Ana səhifəDünya“Namus”qadına qarşı