Baş Dövlət Yol Polisi İdarəsi

Source: DYP

Caption: Baş Dövlət Yol Polisi İdarəsi

Namidan Piriyev: Polis rüşvət almayıb, vəsiqəyə baxıb

Article was updated on :  2 June 2021

"Hər hansı qanunazidd hal baş verməyib"

Baş Dövlət Yol Polisi İdarəsi Meydan TV-nin "Facebook" səhifəsində yol polisi ilə bağlı yayılan video kadrlara reaksiya verib.

Məlumatda yol polisinin rüşvət aldığı iddia edilən videonin Abşeronun Qobu qəsəbəsində çəkildiyi qeyd olunub: "Guya polis maşını saxlayır, sürücü ilə "görüşüb", onu yola salır".

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyevin sözlərinə görə, yayılan görüntülər ətraflı araşdırılıb və iddiaların əsassız olduğu üzə çıxıb:

"Daxili İşlər Nazirliyinin Tədbirlər Planına əsasən, aprel ayından başlayaraq respublika ərazisində hüquqpozmaların qarşısının alınması, yol hərəkəti təhlükəsizliyinə nəzarətin gücləndirilməsi istiqamətində nəzarət-profilaktiki reydlər davam etdirilir. Bu tədbirlərdən biri də nəqliyyat vasitələrini sürücülük hüququ olmadan və ya müvafiq kateqoriyası olmayan sürücülər tərəfindən idarə edilməsinin aşkar olunması və qarşısının alınmasına yönəlib. Bununla əlaqədar olaraq, Abşeron rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları rayon ərazisində yük avtomobillərinin sürücüləri arasında sürücülük hüququ və ya müvafiq kateqoriyası olmayan şəxsləri müəyyən etmək üçün mütəmadi tədbirlər həyata keçirir, eyni zamanda, yükdaşıma qaydalarına riayət olunması ilə bağlı xəbərdarlıq edir. Görüntülərdən də aydın olur ki, yol polisi əməkdaşı yük avtomobillərini saxladıqda, sadəcə olaraq, sürücünün sürücülük vəsiqəsinə baxıb yola salır".

Namidan Piriyev sürücülərin idarəyə dəvət olunduğunu bildirib: "Söhbət zamanı bildiriblər ki, yol polisi yalnız onların sürücülük vəsiqəsini yoxlayaraq yola salıb, hər hansı qanunazidd hal baş verməyib".

Video Meydan TV-nin "Facebook" səhifəsində mayın 3-də yayılıb.

Bu il fevralın 1-də İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılıb. Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılmalıdır

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  2 June 2021
Featured in:  
Shortlink:   http://mtv.re/zlo3ty

Most Viewed