Müşfiq Hətəmov televiziya rəhbəri təyin olundu

Daha sonra bu vəzifəyə ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri Ülviyyə Mikayılova gətirilsə də, o, bir neçə gün sonra istefa verib.

Source: Specify Source


Kinoprodüser “Space”ə rəhbərlik edəcək

“Space” teleradio şirkətinə yeni rəhbər təyin olunub.

“Report” xəbər verir ki, bu vəzifəyə Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov gətirilib.

Müşfiq Hətəmov 2011–2019-cu illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində çalışıb.

2006-2021-ci illərdə “Space”in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb.

Sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.

Daha sonra bu vəzifəyə ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri Ülviyyə Mikayılova gətirilsə də, o, bir neçə gün sonra istefa verib.

Ana səhifəMədəniyyətMüşfiq Hətəmov televiziya rəhbəri təyin olundu