Müsavat Partiyası

Source: Foto: Meydan tv

Caption: Müsavat Partiyası

Müsavat Partiyasının 30-dan çox üzvünün polisə çağırıldığı bildirilir

Article was updated on :  8 November 2019

Arif Hacılı: “Partiya üzvlərinə aksiyada iştirak etməmək təklif edilir”

“Son iki gündə Müsavat Partiyasının 30-dan çox üzvü polis idarələrinə çağırılıb. Səbəb, partiyanın noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında təyin etdiyi piketdir”.

Bunu Meydan TV-yə partiyanın başqanı Arif Hacılı deyib.

Arif Hacılı bildirib ki, təzyiqlər davam edir:

“Polisə çağırılanlar partiyanın aparat rəhbəri, mənim müavinlərim, müşavirlərim, məclis üzvləri, rayon təşkilatlarının sədrləridir. Onlara 10 və 12 noyabr aksiyaları ilə bağlı təzyiqlər göstərilir və tədbirlərdə iştirak etməmək təklif olunur. Eyni zamanda, müsavatçılar barədə məlumatların toplanması davam edir. Noyabrın 9-da da bir sıra müsavatçıları yaşadıqları ərazilərin polis idarələrinə çağırıblar”.

Arif Hacılı hətta vaxtilə partiyanın üzvü olan insanların da polisə çağırıldığını təsdiqləyib.

Partiya başqanı deyib ki, təzyiqlərə baxmayaraq onlar noyabrın 12-də Konstitusiyaya və “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirəcəklər.

Müsavat Partiyası noyabrın 10-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. İcra hakimiyyəti Lökbatan qəsəbəsində tədbirin keçirilməsinə icazə verib. Buna etiraz əlaməti olaraq partiya noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək qərarına gəlib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  8 November 2019
Featured in:  
Shortlink:   http://mtv.re/lseqer

Most Viewed