Müğənni yol qəzasında həlak olub

“Müğənni Aslan Hüseynova məxsus BMW markalı avtomobil qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Nəticədə avtomobilin sürücüsü Aslan Hüseynov vəfat edib”.

Source: Specify Source


Aslan Hüseynovun idarə etdiyi maşın “Kamaz”la toqquşub

Qırğızıstanın əməkdar artisti, azərbaycanlı müğənni Aslan Hüseynov avtomobil qəzası nəticəsində həyatını itirib.

“Report”un məlumatına görə, Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev bildirib ki, hadisə yolun 60-cı km-də qeydə alınıb:

“Müğənni Aslan Hüseynova məxsus BMW markalı avtomobil qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Nəticədə avtomobilin sürücüsü Aslan Hüseynov vəfat edib”.

1967-ci il təvəllüdlü Hüseynov Aslan Tofiq oğlunun anası ötən ay vəfat edib. Həmin vaxt müğənni Moskvada olub. A.Hüseynovun Bakıya anasının yasında iştirak etmək üçün gəldiyi bildirilir.

Ana səhifəMədəniyyətMüğənni yol qəzasında həlak olub