Müdafiə Xətti

Source: Amerikanın səsi

Caption: Müdafiə Xətti

"Müdafiə Xətti"nin həmtəsisçiləri Almaniya səfiri ilə görüşüblər

Article was updated on :  27 September 2021

Zaur Əkbər: "İnsan haqlarının ölkədəki vəziyyətini müzakirə etdik"

Sentyabrın 27-də "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının həmtəsisçiləri Zaur Əkbər və Rüfət Səfərov Almaniyanın Azərbaycandakı səfirliyinin I katibi Andreas Holtla görüşüblər.

Bildirilir ki, görüşdə təşkilatın fəaliyyəti və yaxın gələcək üçün insan hüquqları ilə bağlı atacağı addımlar Andreas Holtun diqqətinə çatdırılıb.

Zaur Əkbər Meydan.TV-yə deyib ki, görüşdə daha çox ölkədə insan haqlarının vəziyyətini müzakirə ediblər: "Siyasi məhbusların məhkəmələrinə diqqətin artırılmasını da vacib sayırıq. Buna görə də biz səfirliyin rəsmilərinin siyasi məhbusların məhkəmələrinə qatılmalarını xahiş etdik. O cümlədən, savaşdan ötən bir il sonra insan haqlarının hansı vəziyyətdə olması barədə əhatəli söhbət etdik. Geniş müzakirələrin sonunda cənab Holt "Müdafiə Xətti" ilə insan haqları sahəsində yaxından əməkdaşlıq etməyə hazır olduqlarını bildirdi".

Zaur Əkbərin sözlərinə görə, görüş ərəfəsində Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq qısa da olsa, müzakirələrə qatılıb: "Sonda isə "Müdafiə Xətti" olaraq, Almaniya səfirliyinin siyasi yüklü cinayət təqibləri üzrə məhkəmə proseslərini, o cümlədən də Niyaməddin Əhmədovun, Əlizamin Salayevin hüquqi vəziyyətini diqqətdə saxlamasını xahiş etdik".

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatı 2020-ci ilin iyul ayında Azərbaycanda insan haqlarının qorunmasına və dəstəklənməsinə, hüququn aliliyinin, qanunun üstünlüyünün təmin edilməsinə yardım məqsədilə yaradılıb.

Təşkilatın həmtəsisçiləri Rəşid Hacılı, Samirə Ağayeva, Zəfər Əhmədov, Zaur Əkbər, Əlayif Həsənov, Təzəxan Mirələmli, Sayğın Rüstəm və Rüfət Səfərovdur.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  27 September 2021
Featured in:  
Shortlink:   http://mtv.re/0q7efs

Most Viewed