Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun giziri şəhid olub (yenilənib)

“Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”, – açıqlamada qeyd olunur.

Foto: Müdafiə Nazirliyi


24.47.


Azərbaycan Müdafiə Nazirliyi dövlət sərhədində atışmanın davam etdiyi haqqında məlumat



yayıb



:


"Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir. Azərbaycan Ordusunun bölmələri cavab atəşi ilə qarşı tərəfi susdurur".

***


Hərbi qulluqçunun snayperlə vurulduğu bildirilir

"Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanın hərbçisi, gizir Yaqublı Fərman Telman oğlu şəhid olub".

Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi

yayıb

Bildirilir ki, hadisə Kəlbəcər rayonu ərazisində baş verib.

Rəsmi məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

Nazirlik hərbi qulluqçunun snayperlə vurulduğunu açıqlayıb.

"Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür. Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür", – açıqlamada qeyd olunur.

Hələlik Ermənistan tərəf baş verən hadisə ilə bağlı hər hansı açıqlama verməyib.

İyunun 13-də Daha öncə də Şuşada, Naxçıvan istiqamətində atəşkəs pozulmuşdu.

Naxçıvanda atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İbadulla Mərdanlı yaralanmışdı.

Erməni tərəfi isə bir hərbçisinin öldüyü haqda məlumat yaymışdı.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində döyüşlər başlamışdı.

Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlamışdı.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayıldı.

Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarıldı.

Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirildi.

Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Noyabrın 10-dan, atəşkəs razılaşmasından bu yana Azərbaycan və Ermənistan tərəfləri daim bir-birlərini təxribat törətməkdə, sərhəd zolağını və atəşkəsi pozmaqda günahlandırır.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi: Azərbaycan Ordusunun giziri şəhid olub (yenilənib)