Moldova Prezidenti parlamenti buraxıb, erkən seçkiləri çağırıb

Sosialist Partiyanın lideri Zenaida Greceanii parlamentin spikeri olaraq təsdiqlənib.

Source:


Konstitusiya Məhkəməsi baş vermiş siyasi prosesləri ləğv edib

Moldovanın hazırkı Prezidenti Pavel Filip parlamenti buraxıb və keçmiş Sovet ölkəsi siyasi böhranla üzləşdiyi üçün sentyabrın 6-da keçiriləcək erkən seçkilərə çağırış edib, – Azadlıq Radiosu xəbər verir.

İyunun 9-da Konstitusiya Məhkəməsi Rusiyayönümlü Prezident İqor Dodonun prezidentliyini ləğv etdikdən və Baş nazir vəzifəsini icra edən Filipi müvəqqəti Prezident seçdikdən sonra o, bu bəyanatı verib.

Dodon bu ərəfələrdə Avropa Birliyi və ABŞ ilə sıx əlaqələrə sahib olan Filip və onun hökuməti ilə münaqişə yaşayırdı.

İyunun 8-dən etibarən yüzlərlə insan paytaxt Kişinyovda küçələrə çıxaraq Dodona etiraz edir və Konstitusiya Məhkəməsinin qərarını dəstəkləyir. Etiraz aksiyası Moldovanın zənginlərindən olan Vlad Plahotniucun rəhbərlik etdiyi Demokratiya Partiyası tərəfindən təşkil edilir.

Filipin bəyanatı parlament rəhbərlərinin fevralda baş tutan qeyri-müəyyən seçkilərin ardından hökuməti formalaşdırmaq üçün bir araya gələrək keçirdikləri fövqəladə görüşdən bir gün sonraya təsadüf edir.

Sosialist Partiya və parlamentdəki 101 oturacağın 61-nə sahib olan Avropayönümlü sağ mərkəzli ACUM bloku iyunun 8-də iclas keçirib. Onlar siyasi əməkdaşlıq haqqında razılaşmaya imza ataraq, yeni hökuməti təsdiqləyiblər.

Ancaq Konstitusiya Məhkəməsi həmin gün 30 mandata sahib olan Demokratiya Partiyasının istəyinə müsbət cavab verib və baş vermiş siyasi prosesləri ləğv edib.

İyunun 7-də Demokratiya Partiyası və Sosialist Partiyası əməkdaşlıq haqqında razılaşma əldə edə bilməyiblər. Demokratiya Partiyasının sözcüsü deyib ki, onlar fövqəladə iclasın qərarlarını qəbul etməyəcəklər.

Sosialist Partiyanın lideri Zenaida Greceanii parlamentin spikeri olaraq təsdiqlənib.

ACUM həmsədri Maia Sandu da Baş nazir vəzifəsinə təsdiq edilib. ACUM həmsədri Andrey Nastase Baş nazirin müavini və daxili işlər naziri təyin olunub.

Reinteqrasiya üzrə prezident Dodonun məsləhətçisi Vasile Sova yenidən reinteqrasiya üzrə Baş nazir müavini seçilib. Akademik və siyasi təhlilçi Nicolae Popescu Xarici İşlər və Avropaya inteqrasiya naziri təyin edilib.

Sandu deyib ki, onun hökumətinin proqramı "ölkənin oliqarxik sistemdən qurtuluşu", "iqtisadiyyatın bərpası və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq" və "korrupsiya və yoxsulluqla mübarizə" –dən ibarətdir.

"Məhkəmə 8 dekabr 2019-cu il tarixli qərarı, 10-cu parlament üzvləri tərəfindən Zinaida Greceaninin parlament spikeri vəzifəsinə təyin edilməsini qeyri-konstitusion hesab edir," Konstitusiya Məhkəməsi bəyan edib.

Məhkəmə həmçinin parlamentin bütün gələcək qərarlarını da etibarsız elan edib.

Sosialist Partiyasının keçmiş rəhbəri Dodon hökuməti formalaşdırmaq üçün fövqəladə sessiyaya qatılıb.

Avropa İttifaqının xarici siyasət rəhbəri Federika Moğerini "sülh" çağırışı ilə çıxış edərək deyib ki, "Avropa İttifaqı Moldova Respublikasından hüququn üstünlüyünə hörmət və demokratiyanı təmin etməyi gözləyir".

Avropa Birliyinin Moldovadakı səfiri Peter Mixalko (Michalko) “Facebook”-da qeyd edib ki, demokratik yolla seçilmiş nümayəndələr siyasi prosesin nəticəsini təyin etməlidir.

Moldova qanununa əsasən, əgər parlament seçki nəticələrinin sertifikatlaşdırılmasından sonra üç ay müddətində hökuməti təyin edə bilmirsə, bu zaman prezident qanunverici qurumu ləğv edə və yeni seçkiləri çağıra bilər.

Ana səhifəDünyaMoldova Prezidenti parlamenti buraxıb, erkən seçkiləri çağırıb