Bakı Şəhər Baş Polis İdarəsi

Source: Foto: Meydan tv

Caption: Bakı Şəhər Baş Polis İdarəsi

Mitinq təşkilatçıları polisə çağırılıblar

Tofiq Yaqublu: “Bizə xəbərdarlıq edildi”

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) oktyabrın 19-da nəzərdə tutulmuş mitinqin keçirilməsi üzrə komitənin üzvləri oktyabrın 17-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar.

Polisə Tofiq Yaqublu, İbrahim İbrahimli, Eldəniz Quliyev və Vahid Məhərrəmli dəvət ediliblər.

Bunu Meydan TV-yə Tofiq Yaqublu deyib.

Onları Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurulla Məmmədxanlı və Respublika Prokurorluğunun rəsmisi qəbul edib.

Tofiq Yaqublu deyib ki, onlara xəbərdarlıq edilib:

“Dedilər ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq, təşkilatçılar isə məsuliyyətə cəlb olunacaqlar. Biz öz növbəmizdə cavab verdik ki, toplaşma azadlığı Konstitusiyada təsbit edilib. Biz öz hüququmuzu gerçəkləşdirəcəyik”.

Bakı Şəhər İcra Hakimiyyəti oktyabrın 16-da DQMŞ-yə mitinqin Lökbatan qəsəbəsində keçirilməsinə razılıq verib. Ancaq Milli Şura aksiyanın metronun “28 may” stansiyasının qarşısında keçirmək niyyətində israrlıdır.

AXCP-dən verilən məlumata görə, mitinqin Təşkilat Komitəsinin üzvü İlham Hüseyn iki ay müddətinə inzibati həbs edilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/fdvrb7

Most Viewed