Milli Məclis

Source: arxiv

Caption: Milli Məclis

Milli Məclis Fransa Senatına etiraz bəyanatı verdi

Deputatlar Senatın qətnaməsini qərəzli və beynəlxalq hüquqa zidd adlandırıb və Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə müraciət ediblər

“Fransa Senatında noyabrın 25-də qəbul olunan sənəd Azərbaycana qarşı çirkin siyasi aksiya və xalqımızın apardığı Vətən mübarizəsinin üzərinə kölgə salmaq cəhdidir”.

Milli Məclisin noyabrın 26-da iclasında spiker Sahibə Qafarova belə deyib.

Fransanın Ermənistanla Azərbaycan arasındakı münaqişə ilə bağlı qərəzli olduğunu deyən S.Qafarova qeyd edib ki, aparılan danışıqlarda xüsusən diqqəti çəkən Fransanın təcüvüzkarı öz adı ilə çağırmaması olub:

“Senatın qəbul etdiyi qətnamədə Ermənistanla Azərbaycan arasındakı müharibə təhrif edilib. Hətta Senatın üzləri Fransa hökumətini qondarma rejimin müstəqilliyini tanımağa çağırmışdılar. Bütün bunlar Fransanın həmsədr olmasını şübhə altına alır. Azərbaycanın səyləri nəticəsində bu gün yeni reallıq yaranıb. Fransa yaranmış vəziyyətlə barışmalı, haqqın tərəfində dayanmalıdır”.

Spiker əlavə edib ki, Milli Məclisdə haqlı olaraq, buna qarşı bəyanat qəbul etməsi zərurəti yaranıb. Etiraz bəyanatının hazırlanması ilə bağlı komissiya da yaradılıb. Komissiyanın tərkibinə Səməd Seyidov, Fazil Mustafa, Cavanşir Feyziyev, Əminə Ağazadə daxil edilib.

“Qətnamədə erməni izi görülməkdədir”

Məsələ ilə bağlı çıxış edən deputat Azay Quliyev bildirib ki, Fransa adına ləkə olan qətnamədəki məqamlar düşmənçiliyin daha da artmasına yönəlib.

O təklif edib ki, Azərbaycan Fransanın vasitəçilik missiyasından imtina etməli, hətta daha kəskin addımlar ataraq, Parisdəki səfiri geri çağrılmalı, iqtisadi əlaqələr tamamilə dayandırılmalıdır.

Azay Quliyev

Azay Quliyev

Source: google.az

Deputat Fəzail Ağamalı da həmkarının təkliflərini dəstəkləyib.

O qeyd edib ki, Fransa Senatının üzvlərinin beynəlxalq hüquqdan kifayət qədər xəbərdar olduqları halda, belə bir qətnamə qəbul edirlərsə, bu, yalnız qərəzdən irəli gəlir.

Fəzail Ağamalı

Fəzail Ağamalı

Source: arxiv

Deputat Əli Məsimli də deyib ki, Fransa Senatının qəbul etdiyi qətnamədə erməni izi görülməkdədir.

“Bu, artıq siqnaldır ki, Azərbaycana bundan sonra təzyiqlər artacaq. Ona görə də bu siqnallara adekvat cavab vermək lazımdır. Əlcəzairdə, Kamerunda və digər yerlərdə soyqırımları törətmiş Fransa bilavasitə Xocalıda, İkinci Qarabağ müharibəsində, Gəncədə, Bərdədə ermənilərin törətdiyi soyqırımlarının iştirakçısıdır”.

Əli Məsimli

Əli Məsimli

Source: google.az

Ə.Məsimli vurğulayıb ki, bu qətnamədən qorxmaq lazım deyil, əksinə qətnamədən çıxan məqamlarla Fransanın üzərinə getmək lazımdır ki, ATƏT-in Minsk Qrupu həmsədrliyindən imtina etsin.

“30 il beynəlxalq hüquqa söykəndik, nəticə olmadı, bizim nəticə 44 günlük gücə söykənir”

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib ki, Fransa Senatın qərarı Avropa demokratiyasının üzünə tüpürməsidir:

“Beynəlxalq hüquq haradadır? Biz 30 ildir, o hüquqa söykəndik, nəticə olmadı. Bizim nəticə 44 günlük gücə söykənir. Fransa senatorları Əlcəzairdə qırğınlar törədənlərin, qaradərililəri dənizdə boğanların nəvələridir. Bu, həm də Avropa demokratiyasının sifətini açır. Fransanın içi yanır, göynəyir, çünki Türkiyə və Rusiya onu kənarlaşdırdı, münaqişəni həll etdi”.

Fəzail İbrahimli

Fəzail İbrahimli

Source: Meydan TV

Vitse-spiker deyib ki, indi Azərbaycanla Senat dilində danışmaq olmaz:

“Biz 12 aylıq təqvimin 10 ayında Azərbaycana faciələr yaşadan Ermənistan adlı dövlətin başını əzmişik. Azərbaycanla danışığın bir forması var – haqq-ədalət müstəvisində, yalvarışlı və yazıq formada danışıqda, Azərbaycan nəyisə güzəşt edə bilər”.

Elman Nəsirov: “Qərbdə demokratiya 2 canavar və 1 quzunun axşam yeməyini müzakirə etməsinə bənzəyir”

Deputat Elman Nəsirov bildirib ki, Fransa Senatının atdığı bu addım bütün Qərb demokratiyasının iç üzünü açdı:

Elman Nəsirov

Elman Nəsirov

Source: Facebook

“ABŞ-da, eləcə də Qərbdə demokratiya 2 canavar və 1 quzunun axşam yeməyini müzakirə etməsinə bənzəyir və nəticədə “demokratik qərar” nəticəsində yeyilən quzu olur. Bütövlükdə Qərb və Fransa demokratiyasının mahiyyəti budur. Bütün bu sadaladığımız reallıqları nəzərə alaraq deyirəm ki, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olmaq üçün heç bir haqqı yoxdur”.

“Artıq Azərbaycan üçün ATƏT-in Minsk Qrupu Bakı və Ankaradır”

Deputat Aqil Abbas deyib ki, Fransa Liviyada, Suriyada məğlub olduğunu unuda bilmir:

Aqil Abbas

Aqil Abbas

Source: arxiv

“Fransa ATƏT-in Minsk Qrupundan rədd olmalıdır. Artıq Azərbaycan üçün ATƏT-in Minsk Qrupu Bakı və Ankaradır. İllər öncə mərhum deputat Şamil Qurbanov Milli Məclisdə “Jak Şirak qudurub” deyəndə onu özümüzünkülər hədəf aldı. İndi mən demək istəmirəm ki, Makron qudurub. Hədəf olmaq istəmirəm”.

Deputat Qüdrət Həsənquliyev deyib ki, ATƏT-in Minsk Qrupunun üzvü olan Fransanın qəbul etdiyi bu qərəzli qətnamə Azərbaycana və Türkiyəyə qarşı olan kininin göstəricisidir.

Qüdrət Həsənquliyev

Qüdrət Həsənquliyev

Source: google.az

Parlament Fransa ilə bağlı Azərbaycan hökumətinə çağırış etdi

Müzakirələrdən sonra noyabrın 25-də Fransa Senatının hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran tövsiyə xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanat qəbul edilib.

Bəyanatda deyilir ki, işğal edilmiş Azərbaycanın ərazilərində qeyri-qanuni yaradılan oyuncaq qurumun mövcudluğuna noyabrın 10-da son qoyulub: "Fransa Senatının qətnaməsində Azərbaycan tərəfindən Ermənistana qarşı Türkiyə Silahlı Qüvvələrinin iştirak etməsinə dair əsassız və saxta iddialar irəli sürülüb. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyub, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Fransanın özünün dəstəklədiyi və digər mötəbər qurumların qəbul etdiyi qərarları təmin edib".

Bəyanatda həmçinin ölkə parlamenti Azərbaycan hökumətinə Fransanın ATƏT-in Minsk Qrupundan çıxarılması üçün təşkilat rəhbərliyinə müraciət edilməsi, Azərbaycanla Fransa arasında siyasi münasibətlərə yenidən baxılması, iqtisadi əlaqələr yenidən təhlil edilərək müvafiq tədbirlər görülsməsi barədə çağırış edib

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/bimaeo

Most Viewed