A.Merkel

Source: Foto: arxiv

Caption: A.Merkel

Merkelin test nəticələri mənfi çıxıb

Kansler gələn həftəyə qədər evdən çalışacaq

Almaniya kansleri Angela Merkelin koronavirusa qarşı analizləri ikinci testdən neqativ çıxıb. Almaniya təcriddən sonrakı durumu müzakirə edir.

Merkelin heyət rəhbəri Helge Braun deyib ki, “risk” qrupuna daxil olmayan gənclər Almaniyada koronavirusun yayılmasının qarşısını almağa yönəldilmiş təmas məhdudiyyətlərini yüngülləşdirdikdən sonra yenidən çölə çıxa biləcəklər, - “The Local” xəbər verir.

Hazırda ölkədə zəruri olmayan dükanlar bağlıdır və iki nəfərdən çox insanın bir yerə toplaşması qadağandır. Yeni qayda mart ayının 23-dən başlayıb və ilk öncə iki həftə davam edəcəyi bildirilir. Lakin bu vəziyyətin uzadılacağı ehtimalı da mövcuddur.

Mütəxəssislər deyir ki, məhdudiyyətlər pandemiyanın yayılmasını yavaşlada və bununla səhiyyə sisteminin yükünü azalda bilər.

Bununla yanaşı kansler Angela Merkel ikinci dəfə koronavirus testindən keçib və nəticələri mənfidir. Merkel bazar günündən etibarən təcriddə olub. Onun həkiminin koronavirusa tutulduğu deyilir. Merkel gələn həftənin başlanğıcına qədər evdən çalışacaq.

Robert Kox (Koch) İnstitutu deyib ki, Almaniyanın aldığı məhdudiyyətlərin nə qədər effektiv olacağı haqda bir şey demək çətindir.

Çərşənbə günündən etibarən Almaniyada 34,000 yoluxma halı qeydə alınıb, 160 nəfər isə pandemiyadan ölüb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/nquxxx

Most Viewed