''Mənə ruh verən ətrafdakı insanların münasibətidir''

Müxtəlif ölçülü və müxtəlif rəngli güllər hazırlaya bilir

Müxtəlif ölçülü və müxtəlif rəngli güllər hazırlaya bilir

Elçin Abbasov 1982-ci ildə Lerik rayonunun Ərdəbilə kəndində anadan olub. Ailədə 9 uşaq olublar - 5 bacı, 4 qardaş.

Daha çox incəsənətə marağı olan Elçin müəyyən vaxtdan sonra toxuculuqla məşğul olmağa başlayır. Toxuculuğa həvəsi isə bacılarından keçib. "Bacılarım paltar toxuyanda maraqlandım. Saplardan paltar hazırlandığını gördüm və marağım yarandı. Beləliklə, 1994-cü ildə ilk dəfə kəmər toxumağa başladım. Kənd yeri olduğundan sap tapmaq çox çətin idi. Ona görə toxumağı öyrənmək üçün kəməri bir neçə dəfə söküb, yığmağa başladım. Ən sonda bu işi öyrənə bildim".

Uşaqlıqdan göz təzyiqindən əziyyət çəkən Elçin, əməliyyat olunmaq üçün Lerikdən Bakıya gəlir. Ancaq əməliyyatdan təxminən 1 il baş verən bir hadisə nəticəsində gözünün nurunu itirir: "Əməliyyatdan heç bir il keçməmişdi. Evdə oynayırdıq. Diqqətsizliyimdən yıxıldım, başım stolun uc hissəsinə dəydi. Bundan sonra görmə qabiliyyətimi itirdim. O gündən bu günə kimi gözlərim görmür".

Bütün bu çətinliklərə baxmayaraq, həyata olan sevgisi və marağı tükənməyib. 2007-ci ildən başlayaraq papaq, şərf toxuyur, onları satır. Amma kənd mühitində belə əşyalara tələbatın olmaması onu Bakıya gəlməyə vadar edir. 2014-cü ildə Bakıda kirayə ev tapır və burada yaşamağa başlayır.

Deyir ki, Ramanada yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi haqqında eşitdikdən sonra ora gedib: “Hədəfim musiqini öyrənmək idi, amma ordan mənə bildirdilər ki, musiqi yaşıma uyğun deyil. Ona görə toxuculuğa yazıldım. Mərkəzə getməklə, toxuculuğa aid çoxlu bilgilər öyrəndim. Öz işimi daha da təkmilləşdirdim".

Öz mağazası olmasa da, toxuduğu papaq, şərf və gülləri insanların daha çox olduğu parklarda satır. Günün çox hissəsini isə Zabitlər Bağında keçirir.

Deyir ki, heç də həmişə xoş münasibətlə qarşılaşmır. Məsələn, ötən il parkların birində ona yaxınlaşan gənclər toxuduğu papaqlardan üçünü oğurlayıb: "Parkda oturub şərf toxuyurdum, gənclər yaxınlaşdı, papaqların qiymətini soruşdular, mən də dedim. Bir az keçəndən sonra sağollaşıb getdilər. Onlar gedəndən sonra sayıb gördüm ki, 11 papaqdan 3-ü yoxdu. Bu olaya görə çox pis olmuşdum. Bir neçə gün özümə gələ bilmədim. Sonradan özümü toparlayıb işimə davam elədim".

Elçin deyir ki, ona ruh verən ətrafdakı insanların xoş sözü, mənəvi dəstəyidir: “Həyatda yaşamağımın əsas səbəbi də elə insanların mənə xoş münasibətidir".

Elçin hər gün təxminən 2-3 gül hazırlayır

Elçin hər gün təxminən 2-3 gül hazırlayır

Müxtəlif ölçülü və müxtəlif rəngli güllər hazırlaya bilir

Müxtəlif ölçülü və müxtəlif rəngli güllər hazırlaya bilir

Elçin kirayədə qaldığı evində oturub yeni papaq toxuyur

Elçin kirayədə qaldığı evində oturub yeni papaq toxuyur

Elçin güldən başqa papaq, şərf də toxuyur

Elçin güldən başqa papaq, şərf də toxuyur

Hər gün saat 3-dən axşam saat 9-a kimi Zabitlər bağında və İçərişəhərdə hazırladığı əşyaları satır

Hər gün saat 3-dən axşam saat 9-a kimi Zabitlər bağında və İçərişəhərdə hazırladığı əşyaları satır

İçərişəhərdə oturaraq yeni şərf toxuyur

İçərişəhərdə oturaraq yeni şərf toxuyur

Zabitlər bağına gələrək, həm istirahət edir, həm də toxuduğu əşyaları satır

Zabitlər bağına gələrək, həm istirahət edir, həm də toxuduğu əşyaları satır

Mənə ruh verən ətrafdakı insanların münasibətidir

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/r3b33q

Most Viewed