Source: Meydan TV

"Mən uşağımı dünyaya gətirməmişdim ki, səhlənkarlığın qurbanı olsun"

Article was updated on :  30 June 2020

"Mən uşağımı dünyaya gətirməmişdim ki, səhlənkarlığın qurbanı olsun"

2019-cu ilin avqustunda Maştağa qəsəbəsində yaşayan 9 yaşlı Ələkbər evlərinin yaxınlığındakı transformatora dəyərək yanıb və elə oradaca keçinib. Uşağın ailəsi bildirir ki, cihaz nasaz olub deyə elektrik cərəyanı keçirib. Amma işin məhkəmə baxışında Azərişıq ASC-nin işçiləri bildirib ki, cihazın heç bir texniki problemi olmayıb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi açılıb. Bu maddədə göstərilir ki, təqsirləndirilən şəxsi iki ildən beş ilədək azadlığın məhdudlaşdırılması və ya beş il azadlıqdan məhrum etmə cəzası gözləyir.

Hadisə ilə bağlı Azərişıq-ın 4 əməkdaşı istintaqa cəlb edilib. Onların üçü haqqında işə xitam verilib, baş mühəndis Etibar Yusifovla bağlı isə Sabunçu rayon Məhkəməsi 4 il azadlığın məhdudlaşdırılması qərarını çıxarıb. Baş mühəndis cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Məhkəmə ailənin mənəvi ziyanın ödənilməsi ilə bağlı tələbini baxılmamış saxlayıb.

“Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu sorğumuza cavab olaraq bildirib ki, Etibar Yusifov ötən ilin oktyabrın 10-da işdən azad olunub. Və o gündən etibarən onun “Azərişıq” ASC ilə heç bir əməkdaşlığından söhbət gedə bilməz. Mətbuat katibi əlavə edib ki, o, sənəd işləri və iş yerindəki əşyalarını götürmək üçün bir neçə dəfə, çox qısa müddətə keçmiş iş yerinə baş çəkib. Və çox güman ki, həmin görüntülərdə o zaman qeydə alınıb.

Transformatorun hasara alınmaması və digər təhlükəsizlik tədbirlərinin görülməməsindən təkcə Ələkbərovlar ailəsi ziyan çəkməyib. Bu hadisədən 2 ay sonra Bakıda 2-ci sinif şagirdi transformator məntəqəsinə girib və ağır dərəcəli yanıq xəsarətləri alıb. Hadisədən sonra Azərişıq transformatoru götürüb, yeri torpaqlanmışdı.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  30 June 2020
Featured in:  
Shortlink:   http://mtv.re/nz01yn

Most Viewed