Source: Meydan.TV

Məktəbə getmək üçün hasardan aşan şagirdlər...

Məktəbə getmək üçün hasardan aşan şagirdlər...

Bu divarlara sakinlər öz aralarında “Berlin divarları” deyirlər. İki aydır Keşlə qəsəbəsinə sürət qatarı çəkildiyindən dəmir yolunun ətrafı hasarlanıb. Hasarın bir tərəfində Abdulla Mirzəyev küçəsinin sakinləri, o biri tərəfində məktəb, bağça, poliklinika, dövlət orqanlarının binaları qalıb. Sakinlər deyirlər, yolları 4 dəfə uzadılıb, əziyyət çəkirlər.

Piyada keçidindən savayı əraziyə gələn 15 , 30, 49, nömrəli avtobusların da marşrutu dəyişdirilib. Sakinlər təklif edirlər ki, ya dəmir yoluna nəzarətçi qoyulsun və uşaqları həmin vaxt dəmir yolundan keçə bilsinlər, ya da yerüstü piyada keçidi salınsın. Onlar deyir, Azərbaycan Dəmir Yolları QSC-dən məktublarına cavab veriblər ki, bunları etməyə pulları yoxdur.

Sakinlər bələdiyyə binasına daxil olaraq sədr Ələmdar Bafadarovla görüşüblər. Bələdiyyə sədri deyib ki, bu problemi həll etmək onların səlahiyyətində deyil. Amma problemin həll olunmasında onlar da sakinlərə dəstək olacaqlar.

Azərbaycan Dəmir Yolları QSC-dən məlumat ala bilmədik. Nizami rayon icra Hakimiyyətindən bildirdilər ki, əməkdaşlar sakinlərlə səyyar görüşdədirlər. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi məzuniyyətdə olduğuna görə agentlikdən heç kim sualları cavablandırmaq istəmədi.

Uşaqlar isə təhlükəli olsa da, bu hasarları aşıb məktəbə gedən yollarını qısaldırlar.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/j3wagh

Most Viewed