Source: Meydan TV

"Məktəbdəki uşaqlar deyir ki, polis atanı döydü"

"Məktəbdəki uşaqlar deyir ki, polis atanı döydü"

Polislərin döydüyü bu vətəndaşı görən Elmir Alxanov səssiz qala bilmir. O polisə öz iradını bildirərkən eyni aqibəti yaşayır.

“Bu gün oğlum deyir ki, ata niyə gedirdin ora? Məktəbdə uşaqların hamısı deyir ki, atanı döyüblər. Polis atanı döydü”.

Elmir Alxanov oktyabrın 19-da yaşadıqlarından sonra iki övladına verəcək cavab tapmır. O, mitinq keçirilən gün yaşadığı Şuşa qəsəbəsindən şəhərə telefonunu təmir etmək üçün gəlmişdi. Ancaq döyülərək avtobusa aparılır. Saxlanılan 30-a yaxın şəxslə Qobuda avtobusdan düşürülür.

Elmir Alxanov dispetçer işləyir, ancaq başına gələnlərdən sonra işə çıxmayıb. O, yaşadıqlarını unuda bilmir. Şəkər xəstəliyindən əziyyət çəkir, ayağı da zədə alıb.

23 yaşlı Cavid dj-liklə məşğuldur. 19 oktyabr şəhərə etirazı görmək üçün getmişdi.

Onu döyən polislərə gülərək qarşılıq verən Cavid bu səfər lap çox döyüldüyünü deyir. Sonra saxlanılaraq 22-ci Polis bölməsinə aparılır. Ailəsinə xəbər verməyə icazə verilmir. Yalnız bir sutka sonra sərbəst buraxılır.

Elmir Alxanovun atası Nazim Alxanov 1992-ci ildə Şuşa rayonunun Malıbəyli kəndində şəhid olub. Şəhidin meyiti də tapılmayıb.

“Atamın qəbri yox, bu dövlət də məni boğur. Niyə boğur?”, - deyə Elmir Alxanov sual edir.

19 oktyabr Milli Şuranın təşkil etdiyi mitinqdə 300-ə yaxın saxlanılanların olduğu deyilir. Aralarında döyülənlər, işgəncə görənlər, özünü itirənlər olsa da, Daxili İşlər Nazirliyi yaydığı rəsmi məlumatlarda bunları inkar edir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ptezh0

Most Viewed