Mehriban Əliyevanın yardım təşəbbüsü sosial şəbəkələrdə tənqid olunur

Mehriban Əliyevanın yardım təşəbbüsü sosial şəbəkələrdə tənqid olunur

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi əsgərlərə yardım paylayıb. Aksiya sosial şəbəkələrdə işğal olunmuş ərazilərdə xidmət edən hərbçilərin aclıq çəkdiyi xəbərinin dolaşmasından sonra baş tutub.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə dekabrın 18-dən başlayaraq Kəlbəcər rayonu, Xocavənd rayonunun işğaldan azad olunmuş hissəsi və Hadrut qəsəbəsində hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılmasına başlanılıb.

Hər il dövlət büdcəsinin əsas hissəsi hərbiyə ayrılsa da, əsgərlərin ərzaqla təminatındakı problem daim müzakirə mövzusudur. Sosial şəbəkələrdəki reaksiyalar Mehriban Əliyevanın təşəbbüsünün heç də hamı tərəfindən mehriban qarşılanmadığını göstərir. Döyüşlər gedən zaman adı fəxarətlə çəkilən əsgərlərə ölkə rəhbərliyinin göstərişindən sonra qayğı göstərmələri, eləcə də bunu reklam etmələri qınağa səbəb olub. İctimai fəallar hesab edirlər ki, yardım paylanılan əsgərlərin görüntülərinin yayımlanması ləyaqətli davranış deyil.

Ana səhifəVideoMehriban Əliyevanın yardım təşəbbüsü sosial şəbəkələrdə tənqid olunur