Məhkəmə-Hüquq Şurasının tərkibi yenilənib

Həmçinin Baş prokurorun müavini Heydər Məmmədov sabiq həmkarı Namiq Əsgərovu əvəzləyib.

Source: Specify Source


Şuranın sədri isə 2005-ci ildən ədliyyə naziri Fikrət Məmmədovdur

Deputat Nizami Səfərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib.

Bununla bağlı məsələyə Milli Məclisdə baxılıb və təsdiq edilib.

O, bu vəzifədə deputat Ziyafət Əsgərovu əvəzləyib.

Bundan əvvəl isə Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev və Cinayət kollegiyasının sədri Hafiz Nəsibov Məhkəmə-Hüquq Şurasının üzvü seçilib. Onlar Ali Məhkəmənin hakimləri, Şurada səlahiyyət müddətləri başa çatan Şahin Yusifov və Şəlalə Məmmədovanı əvəzləyiblər.

Həmçinin Baş prokurorun müavini Heydər Məmmədov sabiq həmkarı Namiq Əsgərovu əvəzləyib.

Məhkəmə-Hüquq Şurasının üzvləri 5 il müddətinə səlahiyyətli olurlar.

13 üzvü olan Şuranın sədri yarandığı vaxtdan – 2005-ci ildən ədliyyə naziri Fikrət Məmmədovdur.

Hazırkı üzvlər Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin deputatı Ziyafət Əsgərov, Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze, Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Hafiz Nəsibov, Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev, Gəncə Apelyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev, ədliyyə nazirinin müavini Azər Cəfərov, Sumqayıt Kommersiya Məhkəməsinin sədri Xəqani Tağıyev, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov və Baş prokurorun müavini Heydər Məmmədovdur.

2005-ci ildən fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin, hakimlərin və məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır.

Ana səhifəSiyasətMəhkəmə-Hüquq Şurasının tərkibi yenilənib