Medianın İnkişafı Agentliyi yaradıldı

Prezidentin köməkçisi Əli Həsənovun işdən azad olunmasından sonra onun kadrı hesab olunan Vüqar Səfərov da işdən azad edildi, KİVDF-də araşdırmalar başlandı.

Source: president.az


Qurum KİVDF-nin bazası əsasında fəaliyyət göstərəcək

Yanvarın 12-də Medianın İnkişafı Agentliyi yaradılıb. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru Əhməd İsmayılov agentliyin İcraçı direktoru təyin

edilib

.

Bu barədə Prezident İlham Əliyev

sərəncam

imzalayıb.

Sərəncamda bildirilib ki, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılır.

Eyni zamanda, agentliyin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisi olduğu qeyd olunub:

“Fondun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Agentliyin nizamnamə fondu 285 405 (iki yüz səksən beş min dörd yüz beş) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır”.

Sərəncamda agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 (altı) üzvdən ibarət Müşahidə Şurasının həyata keçirəcəyi bildirilib:

“Agentliyin fəaliyyətinə cari rəhbərliyi dövlət başçısının təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirəcək. Agentliyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşəcək”.

ehmed.jpg
Əhməd İsmayılov


Əhməd İsmayılov

ötən ilin aprelində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilmişdi. Ondan əvvəl bu posta Vüqar Səfərov rəhbərlik edirdi. Prezidentin köməkçisi Əli Həsənovun işdən azad olunmasından sonra onun kadrı hesab olunan Vüqar Səfərov da işdən azad edildi, KİVDF-də araşdırmalar başlandı.

Ana səhifəSiyasətMedianın İnkişafı Agentliyi yaradıldı