süpürgəci qadın

Source: Foto: arxiv

Caption: süpürgəci qadın

Liviya vətəndaşının Bakıda maşınla süpürgəci qadını öldürməsi bildirilir

“Sürücü hadisə yerindən qaçıb”

Bakıda yolun kənarında Mənzil Kommunal İstismar Sahəsinin qadın əməkdaşı maşınla vurulub.

Trend” agentliyinin məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində, Azadlıq prospekti, "Skripka" parkının yaxınlığında baş verib.

Məlumata görə, sürücü qaydaları kobud surətdə pozaraq, yolun kənarında təmizlik işləri aparan, Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı, 1983-cü il təvəllüdlü Mehdiyeva Ramilə Əlizadə qızını vurub və hadisə yerindən qaçıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən “Mercedes E-klass” markalı 019 D 011 nömrə nişanlı avtomobilin sürücüsünün Liviya vətəndaşı Annsi Elnamrud olduğu müəyyən edilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/soiqd2

Most Viewed