Emir Kusturitsa

Source: Lenta.ru

Caption: Emir Kusturitsa

Kusturitsa koronavirusa qarşı Rusiyanın peyvəndini vurduracaq

Sənətçi hazırda sivilizasiyadan uzaq yerdə yaşadığını deyib

Serbiyalı rejissor, musiqiçi Emir Kusturitsa Rusiyanın “Sputnik V” peyvəndinin koronavirusa qarşı effektiv olduğunu deyir.

Sənətçi “Россия 24” televiziyasına bildirib ki, özü də bu peyvəndi vurdurmağı düşünür.

“Məncə, Rusiya vaksini ən yaxşısıdır”, - rejissor bildirib. Əlavə edib ki, əgər ehtiyac yaranarsa, mütləq üstünlüyü “Sputnik V” peyvəndinə verəcək.

Hazırda o, sivilizasiyadan uzaq, yoluxma təhlükəsinin olmadığı bir yerdə yaşadığını deyib.

Emir Kusturitsa 2019-cu il noyabın 29-da Bakıda, Heydər Əliyev Mərkəzində“The No Smoking Orchestra” qrupu ilə birgə konsert verib.

Rusiyada kütləvi peyvəndolunma yanvarın 18-dən başlayıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/gyrfvw

Most Viewed