Köçəryan: Ədalətsiz sülh Qarabağda yeni müharibəyə gətirib çıxaracaq

“Əgər tərəflərdən biri müharibənin nəticəsi ilə razılaşmırsa, “yeni müharibə gözləyin””

Source:


"Əgər tərəflərdən biri müharibənin nəticəsi ilə razılaşmırsa, "yeni müharibə gözləyin""

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Baş nazir Paşinyanın istefasını tələb edən müxalifətə rəhbərlik etməyi planlaşdırmır.

O, Yerevanda keçirdiyi mətbuat konfransında belə

deyib

.

Onun sözlərinə görə, müxalifətin hazırkı lideri Vazgen Manukyan layiqli, təcrübəli siyasətçidir: "Hərəkatın vəzifəsi hökumətin istefası və bir ildən sonra növbədənkənar seçkilərin keçirilməsidir. Amma Manukyan bu seçkilərdə iştirak etməyəcək. Bu mənada Ermənistanda belə ciddi məsuliyyəti öz üzərinə götürməyə hazır olan siyasətçilər o qədər də çox deyil".

Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin bərpası ilə bağlı suala cavab verən Köçəryan deyib ki, buna 3 mlrd. dollar lazımdır: "Ermənistan hakimiyyəti itkilərin – maddi və insani miqyasından danışmır".

O deyib ki, regionda ən döyüş qabiliyyətli ordu kimi Ermənistan Silahlı Qüvvələrini bərpa etmək lazımdır.

Köçəryan həmçinin etiraf edib ki, bunu Rusiyanın köməyi olmadan etmək mümkün deyil.

"Noyabrın 10-da hakimiyyət diz çökməli və xalqdan üzr istəməli idi. Əgər onların ləyaqətləri olsaydı, özlərini güllələyərdilər", – Köçəryan belə deyib.

Köçəryan bildirib ki, Ermənistan hökuməti Qarabağla bağlı danışıqları layiqincə apara bilmir: "İmzalanmış sənəd bir yarım səhifədən ibarətdir. Belə məsələlər bir yarım səhifə ilə həll edilmir. Ayrı-ayrı təfərrüatlar üzrə bir çox sənədlər hazırlamaq lazım gələcək".

O, hakimiyyəti onun Moskvaya səfərini pozmaqda ittiham edib və müharibənin dayandırılması ilə bağlı Putinlə razılığa gələ biləcəyinə eyham vurub.

Onun sözlərinə görə, müharibə dövründə Rusiya prezidenti ilə birbaşa əlaqələr olmayıb, lakin onun vəziyyətlə bağlı öz mülahizələrini və mövqeyini Rusiya rəhbərliyinə çatdırmaq imkanı olub.

Köçəryan hesab edir ki, Qarabağda yeni müharibə mümkündür: "Ədalətsiz sülh Qarabağda yeni müharibəyə gətirib çıxaracaq".

O, ATƏT-in Minsk Qrupunu işini fəallaşdırmağa çağırıb: "Minsk Qrupu indi lazımdır. O, Rusiyaya da lazımdır. Qarabağın statusu ilə bağlı danışıqlar prosesinin hansı istiqamətdə gedəcəyini demək çətindir. Lakin dünya təcrübəsi göstərir ki, ədalətsiz sülh uzun müddət davam edə bilməz".

"Əgər tərəflərdən biri müharibənin nəticəsi ilə razılaşmırsa, "yeni müharibə gözləyin". "Siyasi həll tapmaq lazımdır. Əgər Azərbaycanda hesab etsələr ki, onlar Qarabağ problemini həll ediblər, bu, indiki vəziyyətə baxmayaraq, bunun əksi demək olacaq", – Köçəryan deyib.

Ermənistanın sabiq rəhbəri Paşinyanın hakimiyyətə gəlməsində "Sarkisyanın günahı" ilə bağlı sualı cavablandırmaqdan çəkinib: "Biz həmişə günahkar axtarmağa çalışırıq. Mənim üçün 2018-ci il anlaşılmaz bir il oldu. Düşünmürdüm ki, xalqımız ilə belə asanlıqla manipulyasiya etmək olar. Texnologiyaların tətbiqi erməni cəmiyyətində belə effektiv ola bilər".

"Bu proseslərə gətirib çıxaran problemlər olub, lakin burada texnologiyaların tətbiqi, geosiyasət, xarici qeyri-erməni qüvvələrin aktiv müdaxiləsi də olunub", – Köçəryan belə hesab edir.

Hökumətin istefası ilə bağlı Baş Qərargahın tələbini şərh edən Köçəryan deyib ki, generalitet özünü "çox təmkinli" aparır: "Generallar istəmirlər ki, onların hərəkəti hərbi çevriliş cəhdi kimi qəbul edilsin. Eyni zamanda "hərbi çevriliş" söz birləşməsindən qorxmaq lazım deyil. Tarixdə hərbi çevrilişin dövlətçiliyi qoruyub saxlamağa və iqtisadiyyatın inkişafını təmin etməyə imkan verdiyi hallar az deyil".

Ana səhifəXəbərlərKöçəryan: Ədalətsiz sülh Qarabağda yeni müharibəyə gətirib çıxaracaq