"Ərazidə xeyli əlvan metal vardı, hamısını daşıyıb satdılar"

Source: Meydan TV

Caption: "Ərazidə xeyli əlvan metal vardı, hamısını daşıyıb satdılar"

“Kəpəzdə hərbi hissənin satılmış ərazisindəki yaşıllıq məhv edilir”

Sakinlərin deməsinə görə, hərbi hissənin 200 hektarlıq ərazisinin 2 hektarı bir şəxsə satılıb, o, ağacları kəsməklə ərazidə “təmizlik işləri” aparır

“Gəncədə dəmiryolu yaxınlığındakı hərbi hissənin ərasizində bir nəfər böyük sahəni alıb, satışa çıxarıb. Bu işi görməyi tapşırdığı “makler” də ərazidəki ağacları kəsib satır, beləcə, “təmizlik işi” apardığı hissələri satışa çıxarır. Ərazinin bir hissəsindəki ağacları “makler” kəsib satır, bir hissəsindəkiləri də bu yaxınlarda Samuxdan gəlib, kəsib Samuxa daşıdılar”.

Bunu Meydan TV-yə Gəncənin Kəpəz rayonunun sakinləri deyir. Onların sözlərinə görə, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi 97a ünvanda yerləşən təxminən 100 hektarlıq ərazinin 2 hektarı bir nəfərə satılıb. O da ərazinin ağaclardan təmizlənib hissə-hissə başqalarına satılmasını daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan başqa birisinə həvalə edib. Sakinlərin iddiasına görə, qısa müddətdə 60-dan çox yaş ağac kəsilərək daşınıb.

“Su nasosu, borular, xeyli əlvan metal satılıb”

“Təkcə ağaclar kəsilmir, hərbi hissənin su nasosu, su xətləri satılıb. Ərazidə xeyli əlvan metal vardı, hamısını daşıyıb satdılar. Hələlik 60 ağac kəsilib, ancaq ərazidə kəsilməsi planlaşdırılan hələ çoxlu ağac var”.

"100 hektarlıq ərazinin 2 hektarı bir nəfərə satılıb"

"100 hektarlıq ərazinin 2 hektarı bir nəfərə satılıb"

Source: Meydan TV

Sakinlər Təbii Sərvətlər və Ekologiya Nazirliyinə müraciət ediblər. Onların müraciətindən sonra 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gəlib:

“Birinci dəfə gəlib baxıb getdilər, ikinci dəfə iyunun 29-da yenə gəldilər, bildirdilər ki, ağacların bir qismini kəsən şəxslər – yəni ərazini alan şəxs bunu etiraf edib. Hərbi hissənin ərazisinə düşən ağacların kim tərəfindən kəsildiyi ilə bəlli deyil”.

“Ağac, metal alveri bəs deyil, ev tikəndən də “şirinlik” tələb edirlər”

Kəpəz sakini Kamil Qasımov deyir, o da həmin ərazidən ev tikmək üçün sahə alıb. Ancaq tikinti məsələsində problemlə üzləşib:

"Hərbi hissənin ərazisinə düşən ağacların kim tərəfindən kəsildiyi ilə bəlli deyil”.

"Hərbi hissənin ərazisinə düşən ağacların kim tərəfindən kəsildiyi ilə bəlli deyil”.

Source: Meydan TV

“Biri ağac kəsib satır, biri metal satır, biri də gəlir ki, aldığın torpaqda ev tikmək istəyirsən, əvvəlcə bizə şirinlik ver. Aldığım torpağın sənədi var, torpağın mülkiyyətçisiyəm, layihəm var, tikintiyə başlamışam, icra hakimiyyətinin işçiləri gəlib narahat edir, pul istəyir. Deyirlər, əvvəl gəl bizə “şirinlik” ver, bizimlə razılaşdır, sonra tikinti apar”.

Kamil Qasımov Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin “161” Qaynar Xəttinə də zəng vuraraq şikayət etdiyini, ancaq şikayətinin hələ də nəticəsiz qaldığını deyir.

10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Meydan TV-yə bildirilib ki, ağacların bir qismini kəsən şəxs məsuliyyətə cəlb olunacaq. Digər qismini kəsən şəxsin müəyyən edilməsi üçün isə idarə hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Kəpəz Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, hərbi hissə illər əvvəl həmin ərazidən köçürülüb. Ərazinin hərbi hissənin hazırda Müdafiə Nazlirliyinin balansında olub-olmadığı ilə bağlı məlumat verilməyib. Meydan TV müxbiri məsələyə Müdafiə Nazirliyinin münasibətini öyrənə bilməyib.

"Hərbi hissənin ərasizində bir nəfər böyük sahəni alıb, satışa çıxarıb"

"Hərbi hissənin ərasizində bir nəfər böyük sahəni alıb, satışa çıxarıb"

Source: Meydan TV

"Digər qismini kəsən şəxsin müəyyən edilməsi üçün isə idarə hüquq-mühafizə orqanlarına müraciət edəcək"

"Digər qismini kəsən şəxsin müəyyən edilməsi üçün isə idarə hüquq-mühafizə orqanlarına müraciət edəcək"

Source: Meydan TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/o9y0n1

Most Viewed