Qeybulla Məmmədov

Source: Meydan TV

Caption: Qeybulla Məmmədov

“Kəndliyə 30 faizlə kredit vermək onu qul kimi işlətməkdir”

Article was updated on :  29 March 2021

Kənd sakini: “Güzəştli kreditləri ancaq öz adamlarına verirlər”

Quba rayonunun Rustov kənd sakini Qeybulla Məmmədov dolanışıq imkanlarının məhdudluğundan gileylənir. Deyir ki, kəndlinin işi əkib-beçərməkdir, bunun üçün də imkanlar yoxdur.

“Kənddəki insanlar da yaşamaq, yemək istəyir”

60 yaşlı Qeybulla Məmmədov kənddə doğulub, ömrünü burada keçirib. Onun sözlərinə görə, ağlı kəsəndən təsərrüfatla məşğul olublar, bu yolla dolanıblar. Son dövrlərdə isə texnika və başqa çatışmazlıqlar ucbatından bu işlə də məşğul ola bilmirlər.

Qeybulla Məmmədov deyir ki, həm özü, həm də kəndin bir neçə başqa sakini dövlətin dəstəyindən – kənd təsərrüfatının inkişafına dair dövlət proqramlarından yararlanmaq istəyib. Amma “yox” cavabı alıblar: “Biz kəndliyik, təsərrüfatla, əkinçiliklə məşğul olmalıyıq. Şəhərdəkilər asfaltda gəzib, ofislərdə, binalarda işləyir, pul qazanıb dolanırlar. Kəndlinin də işi əkib-becərməkdir. Buradakı insanlar da yaşamaq, yemək istəyir. Dövlət də bu məsələdə vətəndaşının yanında olmalıdır, dəstək verməlidir. Cənab prezident də deyib ki, torpaq boş qalmasın, istifadə olunsun. Amma məmurların ucbatından təkcə bizə yaxın ərazidə 10 min hektara yaxın sahə səmərəsiz qalıb. Çünki dövlət proqramlarından yararlana bilmirik. Güzəştli kredit vermirlər ki, götürüb iş görək. Ərazini kol-kos basıb gedir”.

Güzəştli kredit necə verilir?

Müəyyənləşdirilmiş qaydaya görə, fermer güzəştli kredit almaq üçün yaşadığı rayonda banklara müraciət etməlidir. Bank 15 gün ərzində müraciətə baxıb, ya kreditin verilməsi haqda qərar qəbul edir, ya da fermerə imtina məktubu verir. Amma imtina məktubu da əsaslandırılmış olmalıdır.

Bank krediti vermək qərarına gəlirsə, bu halda, vəsaitin ayrılması barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə sifariş göndərir. Bundan sonra 2 iş günü ərzində vəsait müvəkkil bankın hesabına köçürülür. Bank da aldığı vəsaiti krediti götürən fermerə çatdırır.

“Adı kəndlinin olur, dadı başqasının...”

Qeybulla Məmmədovun sözlərinə görə, özünün də, bir neçə həmkəndlisinin də güzəştli kreditlərlə bağlı müraciətinə banklardan imtina cavabı gəlib. Bununla əlaqədar Prezident Administrasiyasından tutmuş, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mərkəzi Banka qədər müxtəlif dövlət orqanlarına da üz tutub. Amma aldığı cavablar onu qane etməyib:

“Güzəştli kreditləri ancaq öz adamlarına verirlər”

“Güzəştli kreditləri ancaq öz adamlarına verirlər”

Source: Meydan TV

“Sanki o dövlət proqramlarının biz kəndlilərə aidiyyəti yoxdur. Adı kəndlinin olur, dadı başqalarının. Sovet dövründəki quruluş dağıldı, texnikanı mafiozlar məhv elədi. İndi sərgərdan qalmışıq. Yer qalmayıb ki, müraciət eləməyim. Bir-birinə yönəldirlər - Prezident Administrasiyası Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat Nazirliyinə yönəldir, onlar da bir başqasına. Təqaüd almıram, həm öz ailəmin, həm də bütövlükdə kəndlilərin dolanışığı üçün deyirəm bunu. Torpağın boş, istifadəsiz qalmasını istəmirəm. Torpağın hektarını 140-150 manata şumlatdırırıq. Gücümüz çatmır ki, öz imkanlarımız hesabına iş görək, texnika yox, maddi yardım yox...”

“Güzəştli kreditləri öz adamlarına verirlər”

Qeybulla Məmmədov onu da bildirir ki, banklar güzəştli kredit müraciətinə yox desə də, ənənəvi şərtlərlə kredit ayırmağa razılıq veriblər: “Güzəştli kredit vermirlər ki, risklidir, amma 25-30 faizlə verməkdə risk görmürlər. Absurddur. Guya mənə 30 faizlə verəndə batmayacaq, güzəştli şərtlərlə veriləndə batacaq. Bu, nə məntiqdir? Güzəştli kreditləri kənd təsərrüfatı adıyla tamam başqa sahələrə yönəldirlər, məmurlar öz biznesləri üçün istifadə edirlər. Öz adamlarına, öz tanışlarına verirlər. Araşdıran da yoxdur ki, kənd təsərrüfatının inkişafı məqsədilə ayrılmış o vəsaitlər hara yönəldilib. Kəndliyə 30 faizə kredit təklif eləmək onu qul kimi işlətmək anlamına gəlir. Biz quldarlıq quruluşunda yaşayırıq?”

Banklar və dövlət orqanları nə deyir?

Banklar güzəştli kredit müraciətinə imtina cavabında “Banklar haqqında” qanuna istinad ediblər. Vurğulayıblar ki, banklar onlara müraciət edən müştərilərdən yalnız müəyyən edilmiş tələblərə cavab verən şəxslərə kredit verməkdə müstəqildilər. Mərkəzi Bank “Bank kreditlərinin verilməsi qaydaları”nda konkret meyarlar da müəyyənləşdirib. Banklar da həmin meyarları və digər amilləri nəzərə alıb qərar verir.

Kənd Təsərrüfatı Nazirliyi və bir sıra başqa dövlət orqanları da Qeybulla Məmmədovun şikayətlərinə cavabda “Banklar haqqında” qanunun 2.4 maddəsinə əsaslanaraq göstəriblər ki, bankların kreditlə bağlı qərarlarına təsir edə bilməzlər.

“Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən kredit təşkilatları dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyil. Onlar kredit təşkilatlarının fəaliyyətinə qarışa bilməz. Kredit təşkilatları qanunla onların fəaliyyət növlərinə aid edilməyən fəaliyyəti həyata keçirməyə məcbur edilə bilməz”, - sözügedən maddədə belə yazılıb.

“Biz kəndliyik, təsərrüfatla, əkinçiliklə məşğul olmalıyıq".

“Biz kəndliyik, təsərrüfatla, əkinçiliklə məşğul olmalıyıq".

Source: Meydan TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  29 March 2021
Featured in:  
Shortlink:   http://mtv.re/defi7t

Most Viewed