Keçmiş Fransa prezidenti Jak Şirak vəfat edib

Şirak hər şeydən öncə siyasi cazibədarlıq sənətində ustad olaraq xatırlanacaq

Source: google


Şirak hər şeydən öncə siyasi cazibədarlıq sənətində ustad olaraq xatırlanacaq

Avropanın ən uzun siyasi karyeralarından birinə sahib olan Fransanın keçmiş prezidenti Jak Şirak 86 yaşında vəfat edib.

“Guardian” yazır ki, Şirak 1995-2007-ci illərdə İraq müharibəsinə qarşı çıxan və Holokostu tanıyan ilk Fransa prezidenti kimi tarixdə qalacaq.

Şirak artıq bir neçə ildir ki, Alzaymer xəstəliyinin təsiri olaraq yaddaş itkisindən əziyyət çəkirdi. O, hələ vəzifədəykən bu səbəbdən bəzi sarsıntılar keçirib.

1995-2007-ci illərdə dövlət başçısı olan Şirak Avropadakı ən uzun davamlı siyasi karyeralardan birini reallaşdırıb. O, iki dəfə prezident, iki dəfə Baş nazir və 18 il Paris meri kimi fəaliyyət göstərib.

Prezident olduğu dövr fəaliyyətsizlik və siyasi durğunluqla yadda qalsa da, Fransanı bölünmüş və borc, bərabərsizlik və işsizlik içində buraxsa da, Şirakın şəxsiyyəti onu Fransanın sevimli siyasətçisinə çevirmişdi, “Guardian” vurğulayır

Şirak tarixdə həmçinin Fransanın İraq müharibəsi əleyhinə mövqeyini müdafiə edən rəhbər olaraq qalacaq. 2003-cü ildə ABŞ-ın rəhbərliyi altında başladılmış İraqın işğalına qarşı Fransanın güclü müxalif duruşu xalq tərəfindən 90 faiz səs çoxluğuyla təqdir edilmişdi. “Müharibə hər zaman son addımdır. Həmişə uğursuzluğun sübutudur. Bu, həmişə həll yollarının ən pisidir, çünki ölüm və səfalət gətirir ” – Şirak ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İraqa girməzdən bir həftə əvvəl demişdi. Keçmiş prezident İraqın işğalının “kabus” olacağını xəbərdarlıq etmişdi.

Şirakın ölkədəki ən böyük jestlərindən biri bütövlükdə Fransanın İkinci dünya müharibəsi zamanı nasistlərin ölüm düşərgələrinə göndərdiyi 76,000 yəhudinin toplanmasına görə məsuliyyət daşıdığını etiraf edərək fransızları öz tarixi ilə barışdırmaq olub. Alman işğalının “cinayətkar axmaqlığına” “Fransız xalqı, Fransa dövlətinin kömək etməsiylə bağlı Şirakın bəyanatı işğalın və Vichy rejiminin son tabusunu aradan qaldırmış oldu. Onun ictimai olaraq üzrxahlıq etməsi müharibədən sonrakı dövrdə dövlət başçısının Fransanın müharibədəki rolunun ilk etirafı hesab edilir.

Şirak hər şeydən öncə isə siyasi cazibədarlıq sənətində ustad olaraq xatırlanacaq. Onilliklər boyu o, durmadan əl sıxmalar, inəklərin kürəyini oxşaması və itlərin pəncələrini silkələməsiylə, bir günorta içərisində beş nahar edə bilən və pivə içən və “Gitanes” siqareti çəkən insan olaraq xatirələrdə qalacaq.

Fransanı qarış-qarış gəzərkən fermer və pensiyaçılarla əl sıxmalardan sonra barmaqlarını bir vedrə buza qoyması və ya onları göyərtidən, qızartılardan qorumaq üçün plaster yapışdırdığı diqqətlərdən qaçmamışdı. Şirakın fiziki yaxınlıq göstərməsi isə hər zaman ictimai diqqət çəkib. Belə ki, o, istənilən an yaşlı seçicini qucaqlaya və ya alman kansleri Angela Merkelin əlini öpə bilərdi.

Şirak çox tez- tez istehzalara məruz qalıb və hətta bir dəfə “Super yalançı” ləqəbi də alıb. 2011-ci ildəki tarixi məhkəmədən sonra, o, ilk dəfə olaraq köhnə prezident kimi ittiham edildi. Belə ki, o, Parisin meri olduğu zaman bir partiyanın maliyyələşdirmə qalmaqalında mənimsəmə ittihamından sonra korrupsiyada da ittiham olunan ilk keçmiş prezident oldu. Bununla belə, o, Fransa prezidentinin respublikaçı monarx rolunu yüksək səviyyədə sahiblənə bildi. Ondan sonra nə Nikola Sarkozi, nə də Fransua Holland (François Hollande) bu boşluğu doldura bilmədiyi görüldü.

Ana səhifəDünyaKeçmiş Fransa prezidenti Jak Şirak vəfat edib