Source: Meydan Tv

Keçmiş arvadını və polisləri yandırmağa cəhddə şübhəli bilinən şəxs saxlanılıb

Hadisə ilə bağlı ekspertiza təyin edilib

Bakının Sabunçu rayonunda keçmiş arvadını yandırmaq istəyən şəxs saxlanılıb.

“Report” saytının Sabunçu rayon Polis İdarəsi və prokurorluğuna istinadən verdiyi xəbərə görə, sentyabrın 15-də Rasim Əhmədli keçmiş arvadı Aynurə Məmmədzadənin yaşadığı evə gedib.

“O, özü ilə gətirdiyi plastik qabda olan ağ neft məhlulunu sonuncunun üzərinə tökərək yandırmağa cəhd edib. Daha sonra isə R.Əhmədli onu sakitləşdirməyə çalışıb, qanunsuz hərəkətlərinə son qoymağı tələb edən polis əməkdaşlarının üzərinə də alışdırıcı məhlul tökərək onları yandırmağa cəhd edib. Fakta bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb”, - məlumatda deyilir.

İş üzrə hadisə yerinə baxış keçirilib, şahidlər müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

Məlumata görə, R.Əhmədli şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/78d5zz

Most Viewed