Jerar Depardye Özbəkistanın turizm səfiri oldu

Hazırda Səmərqənddə olan Depardye, Özbəkistanın turizm potensialının həm Fransada, həm də digər Avropa ölkələrində tanıdılması prosesinə rəhbərlik etməyi təklifini şəxsən irəli sürüb.

Source: Foto: Meydan TV


Aktyor bu ölkənin turizm potensialının Avropa ölkələrində tanıdılmasına çalışacaq

Dünya şöhrətli aktyor Jerar Depardye Özbəkistanın Fransadakı turizm səfiri təyin olunub.

Bu barədə Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin mətbuat xidməti Baş nazirin müavini

Əziz Abduxakimo

va istinadən məlumat yayıb.

Hazırda Səmərqənddə olan Depardye, Özbəkistanın turizm potensialının həm Fransada, həm də digər Avropa ölkələrində tanıdılması prosesinə rəhbərlik etməyi təklifini şəxsən irəli sürüb.

Aktyor Özbəkistana Turizm Dövlət Komitəsi və Fransanın istehsal şirkəti “B-Tween” tərəfindən birgə yaradılan “Paris Premiere” televiziya kanalı üçün “İpək Yolu” sənədli filminin çəkilişində iştirak etmək üçün gəlib.

Filmin çəkilişi noyabrın 26-dək Özbəkistanın altı şəhərində – Daşkənd, Səmərqənd, Buxara, Xivə, Termez və Nukusda aparılacaq.

Jerar Depardye 2010-cu ildə Azərbaycana IV Beynəlxalq Rostropoviç festivalında iştirak etmək üçün gəlib

Ana səhifəMədəniyyətJerar Depardye Özbəkistanın turizm səfiri oldu