Source: Jack Guez/AFP/Getty Images

İsrail hökuməti NSO Group-un ofislərini yoxlayır

NSO, İsrail Müdafiə Nazirliyi rəsmilərinin yoxlama aparacağı barədə əvvəlcədən məlumat verildiyini qeyd edib

İsrail rəsmiləri, “Pegasus” layihəsi çərçivəsində bir neçə hökumət tərəfindən agentproqramlardan sui -istifadə edilməsi ilə əlaqədar araşdırmanın nəticəsi olaraq NSO Qrupunun nəzarət ofislərini yoxlayıb.

Müdafiə Nazirliyinin rəsmiləri çərşənbə günü şirkətin Tel -Əviv yaxınlığındakı ofisini ziyarət edib və eyni zamanda, müdafiə naziri Benny Gantz əvvəlcədən planlaşdırılmış bu ziyarət üçün Parisə gəlib və burada “Pegasus”la bağlı ifşaları fransız həmkarı ilə müzakirə edib.

Fransa Prezidenti Emmanuel Makron, NSO-nun müştəriləri arasında olduğu güman edilən 50.000 nömrənin olduğu məlumat bazasında adı olan ən nüfuzlu şəxslərdən biridir.

O, ötən həftə İsrailən Baş naziri Naftali Bennettlə danışaraq, layihənin nəticələrini “uyğun şəkildə araşdırmağın” vacibliyini vurğulayıb.

Mətbuatda yayılan ilk xəbərlərdə NSO ofislərindəki hərəkətlilik basqın kimi qiymətləndirilib, lakin şirkət öz açıqlamasında rəsmilərin onların binalarını yoxlamaqdan daha çox onları “ziyarət etdiklərini” qeyd edib. NSO şirkəti, həssas kiber məlumatların kommersiya məqsədilə ötürülməsinin yoxlanılmasından məsul olan Müdafiə Departamenti rəsmilərinin gəlişi barədə əvvəlcədən məlumatlı olduğunu bildirib. “Şirkət İsrail rəsmiləri ilə tam şəffaflıqla işləyir”,- deyə açıqlamada deyilib.

Müdafiə Departamenti, bir neçə dövlət qurumu tərəfindən edilən ziyarətlərin, ötən həftə dünyanın hər yerində hüquq müdafiəçiləri, jurnalistlər və vəkilləri hədəfə alan hökumətlərin  istifadə etdiyini bildirən, “Guardian” da daxil olmaqla 17 media quruluşunun araşdırmaları nəticəsində “Pegasus” layihəsindən qaynaqlanan məlumatların açıqlanması ilə bağlı olduğunu yazıb. NSO dəfələrlə bildirib ki, sızdırılan məlumatlar bazasında telefon nömrələrinin olması onların “Pegasus” istifadə etdiyinin göstəricisi deyil. “Siyahı, “Pegasus”un  hədəflədiyi insanların və ya potensial hədəflərin siyahısı deyil” deyə əlavə olunub: “Siyahıdakı nömrələrin NSO Group ilə heç bir əlaqəsi yoxdur”.

Sızdırılan siyahıda bir nömrənin olması, o telefona hücum üçün cəhd edildiyini və ya hack olunduğunu ifadə etmir. Bununla yanaşı, siyahıda NSO -nun müştərilərinin təqib etməkdə maraqlı olduğu şəxslər olduğu güman edilir. Cihazları analiz etdikdə, bura NSO -nun agent proqramının izləri olduğu aydın olur. Amnesty International”ın təhlükəsizlik laboratoriyası tərəfindən 67 telefondan 37-də “Pegasus” ilə əlaqəli fəaliyyətləri həyata keçirən araşdırma aparılıb. NSO, Makronun heç bir müştərisinin “hədəfi” olmadığını söyləyib, yəni şirkət “Pegasus” programı çərçivəsində onun telefonunun sındırılması üçün edilən cəhdləri və ya virus yoluxdurulmasını inkar edir.

Araşdırmaların əhatə dairəsi genişlədikcə, keçmiş Baş nazir Benyamin Netanyahunun dövründə Milli Statistika Bürosu ilə dövlət arasındakı əlaqənin mahiyyətini izah etmək üçün İsrailə diplomatik təzyiqlər artır. “Pegasus” layihəsi ilə bağlı daha geniş bir araşdırma, 2017-ci ildə İsrail hökumətinin NSO-ya ən az 55 milyon dollarlıq bir müqavilə ilə Səudiyyə Ərəbistana cihazları sındırmaq üçün alətlər satmağa cəhd etməsinə açıq şəkildə icazə verdiyini ortaya çıxarıb.

Gantz, çərşənbə günü Fransa müdafiə naziri Florence Parleyə, İsrail Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, İsrailin “bütün ciddiyyətlə” araşdırma apardığını söyləyib.

Parisdə görüşmədən öncə  Fransa hökumətinin sözçüsü Gabriel Attal, Parleyin “həmkarından İsrail hökumətinin NSO müştərilərinin fəaliyyəti haqqında nə qədər bildiyini soruşmaq” və “bu vasitələrdən sui -istifadə edilməməsi üçün hansı tədbirlərin görüləcəyini soruşmaq” istədiyini söyləyib.

Gantz, əvvəllər cihazları sındırmaq üçün alətlərin satın alınması barədə ixrac lisenziyalarını müdafiə edərək, keçən həftə Təl-Əvivdə keçirilən kiber proqramlaşdırma konfransında etdiyi çıxışda, “bu sistemləri alan ölkələrin yalnız cinayət və terror araşdırmaları üçün nəzərdə tutulan istifadə şərtlərinə riayət etməli olduqlarını” söyləyib.

Bununla yanaşı, İsrail Müdafiə Nazirliyi, kiber nəzarət texnologiyasının ixracı ilə əlaqədar siyasi dəyişikliyə ehtiyac olduğunu öyrənmək üçün bir neçə dövlət qurumundan ibarət bir araşdırma komitəsi təyin edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/yvu93l

Most Viewed