Source: google

İspaniyada fövqəladə vəziyyətin müddəti uzadılıb

Qocalar evi bu böhrandan təsirlənib

İspaniyanın koronavirus təcridi ən az 12 aprel tarixinə qədər uzadılıb. “Reuters” xəbər verir ki, Avropanın koronavirusdan ikinci ən pis təsirlənmiş ölkəsi olan İspanyada ölüm sayı sürətlə artmaqdadır.

Parlament cümə axşamı günü erkən saatlarda fövqəladə tədbirləri genişləndirmək üçün səs verib. Qərarla ölkə əhalisindən sadəcə yemək, dərman və işdən başqa evlərindən çıxmamaq tələb edilib.

Martın 14-də fövqəladə vəziyyət tətbiq edildikdən bəri İspaniyada təsdiqlənmiş yoluxma halları 10 dəfə artıb. Ölənlərin sayı çərşənbə günü Çindən daha çox olub və bir gündə 738 nəfər həyatını itirib.

“Fövqəladə vəziyyəti uzatmaq asan deyil”, - Baş nazir Pedro Sançez (Sanchez) parlamentdə çıxış edərkən deyib:

“Əminəm ki, virusa qarşı yeganə səmərəli mübarizə üsulu sosial təcriddir”.

321 millət vəkilinin əksəriyyəti uzadılmanın lehinə səs verib, 28 nəfər bitərəf qalıb. Ən böyük müxalifət partiyası olan mühafizəkar Xalq Partiyası bu tədbirə dəstək verib. Lakin partiyanın lideri Pablo Kasado (Casado) Sançezi böhrana gec və qeyri-kafi reaksiya verməkdə günahlandırıb.

Kasado yüz minlərlə insanı küçələrə çıxarmış 8 Mart Beynəlxalq Qadınlar Günü yürüşlərinin ləğv edilməməsi qərarını və hökumətin tibb işçilərini həyati avadanlıqla təmin etməməsini tənqid edib.

“Hökumətlər cəbhəyə əsgərlərini dəbilqə və silah olmadan göndərmir. Ancaq bizim səhiyyə işçilərimiz heç bir qorumaya sahib deyil”,- Kasado parlamentdə deyib.

Yaşlı sakinləri virusa həssas olan qocalar evləri bu böhrandan xüsusilə təsirlənib.

Cadena Ser radio şəbəkəsi tərəfindən aparılan məruzədə qeyd edilir ki, belə evlərin ən az 397 sakini koronavirusdan ölüb. Bu, ölkənin 3434 ölmüş əhalisinin 10% -dən çoxunu təşkil edir. Səhiyyə Nazirliyi bu barədə şərh istəyinə cavab verməyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/1n0gw8

Most Viewed