Mövsüm Səmədov

Source: Foto: Meydan tv

Caption: Mövsüm Səmədov

“İslam Partiyasının liderinin hüquqları pozulub”

Avropa İnsan Hüquqları Məhkəməsi Mövsüm Səmədovla bağlı qərarını elan edib

Avropa İnsan Hüquqları Məhkəməsi dekabrın 12-də İslam Partiyasının lideri, mühakimə edilmiş Mövsüm Səmədovun şikayəti üzrə qərarı elan edib.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, məhkəmə qərara alıb ki, 2011-ci ildə M.Səmədovun həbsi Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş hüquqların pozulması ilə müşayiət olunub.

AİHM qərara alıb ki, M.Səmədovun həbsinin əsl səbəbi onun 2011-ci ilin yanvarında partiyanın tədbirində etdiyi çıxışdır. Çıxış zamanı o, məktəblərdə hicaba olan qadağaya görə hakimiyyəti kəskin tənqid edib və əhalini etiraza çağırıb.

M.Səmədov “polisə tabe olmamağa” görə inzibati qaydada həbs edilib. Həbs müddəti bitdikdən sonra ona qarşı terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunu zorla dəyişdirmək cəhdi kimi ittihamlar irəli sürülüb.

Avropa məhkəməsi müəyyən edib ki, yerli məhkəmələr M.Səmədovun azadlıq və şəxsi toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüququnu pozublar.

Məhkəmə M.Səmədova ümumi məbləği 4 min avro kompensasiya ödənilməsini qərara alıb. Hüquq müdafiəçiləri M.Səmədovu siyasi məhbus kimi tanıyıblar.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/7r5bsn

Most Viewed