İraqda etirazlarda 10 nəfər öldürülüb

Davam edən etirazlar 2017-ci ildə İŞİD silahlı qrupunun məğlubiyyətindən sonra yaranmış səssizliyi pozan ilk ən böyük nümayişdir və İraq hökuməti bu etirazlı dayandırmaqda acizdir.

Source: Foto: arxiv


Təhlükəsizlik qüvvələri Bağdadın mərkəzindəki Şuhada Körpüsü yaxınlığında etirazçılara atəş edərək 35 nəfəri yaralayıb

Bağdadda İraq təhlükəsizlik qüvvələri tərəfindən ən azı altı nəfər, Bəsrədə isə hökumət əleyhinə etirazlarda 4 nəfər öldürülüb, – RFE/RL xəbər verir.

Noyabrın 7-də polis və tibbi mənbələr bildirib ki, qarşıdurmalarda onlarla insan yaralanıb, etirazçılar siyasi elitanı istefaya məcbur etmək üçün cəhdlərini hər ötən gün artırırlar.

Təhlükəsizlik qüvvələri Bağdadın mərkəzindəki Şuhada Körpüsü yaxınlığında etirazçılara atəş edərək 35 nəfəri yaralayıb.

Nümayişçilər Dəclə çayının qərb sahilinə aparan iki körpü yaxınlığındakı maneələri aradan qaldırmağa çalışıb. Bu yol hökumət binaları və xarici səfirliklərin yerləşdiyi Yaşıl Zonaya aparır. Etirazçıların qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alınıb, onlara əraziyə girməyə imkan verilməyib.

Ölkənin neft sənayesinin mərkəzi olan Bəsrədə günlərlə bir ərazidə toplaşıb oturan və dinc nümayiş edən insanlara qarşı odlu silahdan istifadə edilib. Ən azı dörd nəfər həlak olub.

İraqın cənubunda, o cümlədən Umm Qasr limanında baş verən toqquşmalar ölkənin iqtisadiyyatını daha da pozmağa davam edir.

Umm Qasr İraq iqtisadiyyatı üçün vacib olan taxıl, bitki yağları və şəkərin idxalının böyük hissəsini qəbul edir.

Davam edən etirazlar 2017-ci ildə İŞİD silahlı qrupunun məğlubiyyətindən sonra yaranmış səssizliyi pozan ilk ən böyük nümayişdir və İraq hökuməti bu etirazlı dayandırmaqda acizdir.

Əsasən silahsız etirazçılara qarşı hökumətin əməliyyatı oktyabrın 1-dən bəri 260-dan çox insanın ölümünə səbəb olub.

Nümayişçilər iş yerlərinin olmamasından, elektrik və təmiz su çatışmazlığından, təhsil və səhiyyə xidmətinin zəifliyindən, ümumiyyətlə korrupsiyadan şikayət edirlər.

Ana səhifəDünyaİraqda etirazlarda 10 nəfər öldürülüb