Source: google

İranda nüvə alimi qətlə yetirilib

Möhsün Fəxrizadənin avtomobilinə hücum edilib

İran İslam Respublikasında Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadənin qətlə yetirildiyi bildirilir.

Hadisə noyabrın 27-də günorta saatlarında baş verib. Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, silahlı şəxslər nüvə və raket sistemləri üzrə alim olan Möhsün Fəxrizadənin avtomobilinə hücum ediblər.

“Mühafizəçilərlə silahlılar arasında güclü atışma baş verib. Atışma nəticəsində Möhsün Fəxrizadə yaralanıb və xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”, - açıqlamada deyilir. Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı da deyilir.

İran mətbuatının yazdığına görə, iki il öncə də alimə qarşı sui-qəsd cəhdi olub.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/1b7kmb

Most Viewed