İranda nüvə alimi qətlə yetirilib

Möhsün Fəxrizadənin avtomobilinə hücum edilib

Source: google


Möhsün Fəxrizadənin avtomobilinə hücum edilib

İran İslam Respublikasında Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadənin qətlə yetirildiyi bildirilir.

Hadisə noyabrın 27-də günorta saatlarında baş verib. Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, silahlı şəxslər nüvə və raket sistemləri üzrə alim olan Möhsün Fəxrizadənin avtomobilinə hücum ediblər.

“Mühafizəçilərlə silahlılar arasında güclü atışma baş verib. Atışma nəticəsində Möhsün Fəxrizadə yaralanıb və xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”, – açıqlamada deyilir. Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı da deyilir.

İran mətbuatının yazdığına görə, iki il öncə də alimə qarşı sui-qəsd cəhdi olub.

Ana səhifəDünyaİranda nüvə alimi qətlə yetirilib