İranda koronavirusa yoluxma üzrə ən yüksək hədd müşahidə edilib

“Yoluxma hələ bitməyib və hər an əvvəlkindən daha güclü şəkildə geri qayıda bilər,” o, “Reuters”ə bildirib. “İnsanlarımız sağlamlıq protokollarına hörmət etməzsə … biz ən pis vəziyyətə hazır olmalıyıq”.

Source: Foro: Al Jazira


“Yoluxma hələ bitməyib və hər an əvvəlkindən daha güclü şəkildə geri qayıda bilər”

İran 1 apreldən etibarən koronavirusa yoluxmada ən yüksək artım müşahidə edib

Səhiyyə Nazirliyinin məlumatına görə, İran təxminən iki aydır ki, hər gün yeni koronavirus hallarını qeydə alır. Dünəndən etibarən ölkədə 2,979 yoluxma halı qeydə alınıb, – “Guardian” xəbər verir.

İranın yeni infeksiya hallarını qeyd etdiyi son tarix aprelin 1-i olub və bu rəqəm 2,988 nəfərdir. Son rəqəmlər göstərir ki, ölkə hazırda yoluxmanın ikinci dalğası altındadır. Səhiyyə naziri Səid Namaki xəbərdarlıq edərək bildirib ki, epidemiya əvvəlkindən daha güclü şəkildə yenidən qayıda bilər.

“Yoluxma hələ bitməyib və hər an əvvəlkindən daha güclü şəkildə geri qayıda bilər,” o, “Reuters”ə bildirib. “İnsanlarımız sağlamlıq protokollarına hörmət etməzsə … biz ən pis vəziyyətə hazır olmalıyıq”.

İranda hökumət işçiləri yenidən işə qayıdırlar və keçən həftə ölkənin bəzi yerlərində kafelər və restoranlar yenidən açılmağa başlayıb. Bazar günü məscidlərdə gündəlik namazlar qılınmağa başlayıb. Rəsmilər yoluxma hallarının intensivləşmə səbəbiylə may ayının ortalarında Xuzistan və Sistan Bəlucistanın cənub bölgələrində yenidən təcrid tədbirləri tətbiq etməli olublar.

Səhiyyə Nazirliyinin sözcüsü Kianoush Jahanpour deyib ki, bazar ertəsi günü aşkar edilən yeni yoluxma hallarının 78% -i mülayim xarakterli olub. Onun sözlərinə görə, son 24 saat ərzində COVİD-19-dan daha səkkiz nəfər ölüb, koronavirusa yoluxmuş 2,578 xəstə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İslam Respublikası Xəbər Agentliyi Jahanpoura istinadən bildirib ki, bu günə qədər İranda 154,445 koronavirusa yoluxma hadisəsi qeydə alınıb, onlardan 121,004 nəfəri sağalıb və 7,878 nəfər isə ölüb.

Ana səhifəDünyaİranda koronavirusa yoluxma üzrə ən yüksək hədd müşahidə edilib