Source: Meydan TV

İqtisadçı: 11 il əvvəl məktəbə gedən uşaqların 30 faizi məzun ola bilməyib

Samir Əliyev: "Qızlarla müqayisədə oğlanlarda vəziyyət nisbətən pisdir"

“11 il əvvəl məktəbə gedən uşaqların 30 faizi məzun ola bilməyib”.

İqtisadçı Samir Əliyev Təhsil Nazirliyinin 2020-2021-ci tədris ilində məktəbəqədər və ümumi təhsil müəssisələri ilə bağlı yaydığı açıqlamanı şərh edərkən bildirib.

“Təhsil nazirliyinin açıqlamasına görə, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 min 69 nəfər şagird bitirəcək. Bu məzunlar 2010/2011-ci tədris ilində orta məktəbə ilk dəfə qədəm qoymuş şəxslərdir”, - iqtisadçı “Facebook” səhifəsində qeyd edib.

Rəsmi məlumatlar göstərir ki, həmin tədris ilində ölkə üzrə 1-ci siniflərə gedən şagirdlərin sayı 119 min 851 nəfər olub.

Samir Əliyev

Samir Əliyev

Source: Samir Əliyevin şəxsi arxivindən

"Göründüyü kimi, 2010/2011-ci tədris ilində orta məktəbə getmiş şagirdlərin təxminən 30%-i və ya 35 min 782 nəfəri orta təhsili tam başa vura bilməyib. Bu şəxslərin bir hissəsi 9-cu sinfi bitirdikdən sonra orta ixtisas və peşə təhsilinə üz tutsalar da, tam orta təhsili ala bilməyənlər kifayət qədərdir”, - Samir Əliyev belə deyib.

Gender təhlili aparan iqtisadçının fikrincə, qızlarla müqayisədə oğlanlarda vəziyyət nisbətən pisdir: “Məsələn, oğlan şagirdlərin 18 min 873 nəfəri (29,3%) tam orta təhsil almadığı halda qızlarda bu göstərici 16 min 909 nəfərdir (30,5%)”.

“Nazirliyin digər açıqlamasına görə, bu il IX sinifləri 131 min 227 nəfər bitirəcək. Bu siniflərin şagirdləri 1-ci sinifə 2012/2013-cü ilə gediblər və həmin vaxt onların sayı 135 min 425 nəfər olub. Nəticədə 4 min 198 nəfər 9-cu sinfi bitirə bilməyib. Bunların 2261-i oğlanların, 1937-si qızların payına düşür”, - iqtisadçı əlavə edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/rr6go8

Most Viewed