İnternetdə prezidenti təhqir edənlər həbs oluna bilər

Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə görə cəza tətbiq ediləcək

Source:
İlham Əliyev
İlham Əliyev


Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə görə cəza tətbiq ediləcək

“Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsinə yeni bənd əlavə edilməsi təklif olunub.

Əlavəyə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etməyə görə 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulur.

Bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.

Bundan başqa, məcəllənin 323-cü maddəsində də dəyişiklik edilməsi təklif olunub.

Dəyişiklik layihəsinə əsasən, Azərbaycan dövlətinin başçısının — Azərbaycan Prezidentinin şərəf və layaqətini internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə ləkələmə və ya alçaltmaya görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Ana səhifəXəbərlərİnternetdə prezidenti təhqir edənlər həbs oluna bilər