”İnsanları düşüncələrinə görə ittiham etmək olmaz”

Şair: ”Mehman Hüseynovun tezliklə azadlığa çıxacağına inanıram”

Source:
Rüstəm Behrudi
Rüstəm Behrudi


Şair: ”Mehman Hüseynovun tezliklə azadlığa çıxacağına inanıram”

“Mən həmişə insanların düşüncəsinə görə mühakimə edilməsinin əleyhinə olmuşam. Mehmanla bağlı düşüncəm budur ki, ağır cinayət törətməmiş bir gənci azadlıqdan məhrum etmək düzgün deyil. Onun tezliklə azadlığa çıxacağına əminəm”.

Şair Rüstəm Behrudi

“Basta.info”

-ya belə deyib. O, Mehman Hüseynovun tezliklə azadlığa çıxacağına inanır.

Həbsdəki bloger Mehman Hüseynova cəza müddətinin başa çatmasına 2 ay qalmış yeni ittiham irəli sürülüb. O, bu ittihamın əsassız olduğunu bildirib, şərlənməsinə etiraz olaraq artıq 11-ci gündür aclıq aksiyası keçirir.


Mehman Hüseynov

11 gündür aclıq aksiyası keçirir. Buna səbəb haqqında başlanmış yeni cinayət işidir.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.

Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib. O, bu ilin martında azadlığa buraxılmalı idi.

Ana səhifəXəbərlər”İnsanları düşüncələrinə görə ittiham etmək olmaz”