İngiltərə Xarici İşlər Nazirliyi

Source: google.az

Caption: İngiltərə Xarici İşlər Nazirliyi

İngiltərənin açıq tənqiddən sonra Riyaddan üzr istədiyi deyilir

Bəzi Səudiyyə Ərəbistanı rəsmiləri Xarici İşlər Nazirliyinin yeni "Magnitsky Aktı" sanksiya siyahısına daxil edilib

İngiltərə hökuməti Səudiyyə Ərəbistanında insan haqları durumunu açıq tənqid etdikdən və krallığın 20 vətəndaşına sanksiya tətbiq olunduqdan bir gün sonra Riyaddan fərdi şəkildə üzr istəyib.

“The İndependent” xəbər verir ki, Müdafiə naziri Ben Uollas (Wallace) çərşənbə günü Səudiyyə Ərəbistanından olan həmkarı Şahzadə Xalid bin Salmana telefon açaraq İngiltərənin Səudiyyə rejiminə və onun bölgədəki siyasətinə dəstək verdiyini bir daha vurğulayıb.

Hökumətin tənqid atəşinə tutulmuş bu addımından öncə bazar ertəsi günü bəzi Səudiyyə Ərəbistanı rəsmiləri Xarici İşlər Nazirliyinin yeni "Magnitsky Aktı" sanksiya siyahısına daxil edilib.

İngiltərə Xarici İşlər Nazirliyi jurnalist Camal Qaşıqçının öldürülməsi ilə əlaqəli Səudiyyə vətəndaşları da daxil olmaqla dünyada insan haqlarının pozulmasında təqsirli bilinən 49 qrup və şəxsə sanksiya tətbiq edib.

Sanksiya tətbib edilmiş şəxslər viza qadağaları ilə üzləşməklə yanaşı İngiltərədə Brexitdən sonrakı dövrdə hesablarının dondulmasıyla qarşılaşacaqlar.

"Yeni Magnitsky tipli sanksiya rejimi dünyanın bəzi ağır insan haqları pozuntularında iştirak etmiş insanları hədəf alacaq",- İngiltərə Xarici İşlər Naziliyinin rəsmi açıqlamasında bildirilib.

“Al Arabiya” xəbər verir ki, Müdafiə nazirinin zəngi rəsmi London tərəfindən deyil, çərşənbə günü Saudi Press Agency-nin mətbuat açıqlamasıyla ictimaiyyətlə paylaşılıb.

Səudiyyə dövlət xəbər agentliyi əlavə edib ki, Uollas ölkəsinin Səudiyyə Ərəbistanının bölgədəki sabitliyə təhdidlərin aradan qaldırılmasında oynadığı roldan məmnun olduğunu dilə gətirib. O, həmçinin İngiltərə hökumətinin “iki dost ölkə arasında müdafiə əlaqələrinin, xüsusən də hərbi ixracat sahəsində, möhkəmləndirilməsində maraqlı olduğunu” bildirib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/42shra

Most Viewed