Source: Meydan.TV

İmtahan verən müəllimlər ballarının kəsilməsindən şikayətlənirlər

İmtahan verən müəllimlər ballarının kəsilməsindən şikayətlənirlər

İyulun 16-da müəllimlərin işə qəbulu üzrə növbəti test imtahanı keçirilib. İmtahanın deyilən vaxtdan gec başlaması iştirakçılar arasında narazılıq yaradıb.

“Saat 13:30-dan buradayıq. 3-ə 25 dəqiqə işləyib, hələ heç bizi içəri buraxmayıblar. Bu qədər haqsızlıq olmaz. Hər il hamı bu vəziyyətlə qarşılaşır. Günün istisində dayanmışıq”-imtahan iştirakçısı deyir.

90 dəqiqə çəkən test imtahanında namizədlərə 40 ixtisas, 10 məntiq və 10 kurikulum üzrə tapşırıq verilir. Bölgələrdə yerləşən məktəblərə qəbul üçün keçid balı 36, paytaxta isə 48 bal göstərilir.

“İmtahan sualları çox rahat idi. 36 bal yığdım, minimum balı toplamışam. İstədiyim yerə düşməsəm də, bilirəm ki, haradasa işləyə biləcəm. Çox xoşbəxtəm”-imtahan iştirakçısı deyir.

Müəllimlik etmək istəyənlər arasında sevinənlər də var, nəticəni ədalətsiz hesab edənlər də. İştirakçılar deyir ki, onlar daha çox düzgün cavab yazdıqlarından əmin olsalar da, az nəticə ilə qarşılaşıblar. Bundan başqa, imtahan zalında olan bəzi kompüterlərin qarşısında hər adamın oturmasına icazə verilməyib.

“Əgər kompütür xarabdırsa, mən oturmamışamsa, başqası da oturmasın. Lakin məndən başqa gələn oturur axı orada. Niyə? Yəqin ki, qabaqcadan proqramlaşdırılmış kompüterdir. Bunu açıqlasınlar. Nəticəm də keçən il 42 idi, bu il 30. Axı mən hər il oxuyub, ötən ilə nisbətən üstələyirəm bildiklərimi. Elə bilirdim 45-in üstündə bal yığacam, 30-u güclə topladım”-imtahan iştirakçısı Tərgül Usubova deyir.

“İmtahanın gedişi məni qane eləmir. Neqativlik çoxdur. Televizorda da deyilən bütün dondurulma və s. hallar hamısı var. Balı sistemdən dəyişmək, azaltmaq, çoxaltmaq, - bunlar hamısı var”-imtahan iştirakçısı gileylənir.

Bu il elektron sənəd qəbulu zamanı 50 697 namizəddən 46 839 nəfərin ərizəsi qəbul olunub. İyulun 8-dən başlayan müəllimlərin işə qəbul imtahanı ayın 26-dək davam edəcək.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/9gd6of

Most Viewed