Source: Meydan TV

İmişlidə seçicilər hansı namizədin görüşünə gətirildiklərini bilmirlər

İmişlidə seçicilər hansı namizədin görüşünə gətirildiklərini bilmirlər

79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizəd Razi Nurullayevin fevralın 5-də İmişli Olimpiya İdman Kompleksində seçicilərlə görüşü olub.

Meydan TV-nin burada görüş olacağını haradan eşitmisiniz sualına gələn sakinlərin əksəriyyəti “məktəbdən direktor dedi”, “zəng etmişdilər, dedilər, tədbir olacaq, gedin, gəldik”, “xəstəxana işçiləriyik, baş həkimin tapşırığı ilə gəlmişik”, - cavablarını veriblər.

Sakinlərin gəldikləri kəndlərin adlarına baxanda isə ümumiyyətlə, 79 saylı dairəyə aidiyyatlarının olmadığı görünür. Gələnlərin içində İmişlinin 80 saylı dairəsinin seçiciləri də olub.

Meydan TV-nin “kimin görüşünə gəlmisiniz?“, - sualına isə görüşə gələnlərin çoxu cavab verə bilməyib. “Deputatla görüşə gəlmişik”, “Rza bəyin görüşünə gəlmişik”, “İmişli gəncləri ilə görüşə gəlmişik”, “konsertə, tədbirə gəlmişik” və “bilmirəm” cavablarını verənlər də var.

Çəkiliş aparan Meydan TV əməkdaşına Razi Nurullayevin vəkilləri mane olmağa çalışsa da, ATƏT-in Seçki Müşahidə Missiyasından (SMM) gələnləri görəndən sonra çəkiliş aparılmasına səs çıxarmayıblar.

İş vaxtı məktəb, xəstəxana və bəzi idarələrin işçilərinin yığılıb təbliğat kampaniyasına qatılmasına gəlincə, İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Mustafayev Meydan TV-yə bunun yalan olduğunu söyləyib:

“Siz gərək gəlib həmin vaxtı məktəblərə baxardız. Hamısında dərs gedirdi. Hamı işinin başında idi”.

İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eynulla Qasımov da deyib ki, belə bir haldan söhbət gedə bilməz:

“Bu gün növbədə olanlar ora getməyiblər. Ola bilsin kim olubsa, axşam növbəsinin əməkdaşları olub. Onlara da nəsə deyə bilmərəm. Hətta mən özüm də bir ara ora getdim görüm, həkimlərdən kimsə gedibmi. Heç kimi görmədim”.

İmişli Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Emin Qəhrəmanov isə Meydan TV-nin suallarını dinləməyib. O, gün ərzində əlaqə saxlayacağını söyləsə də, zəngləri açmayıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ha6ml6

Most Viewed